Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Bakı” Tofiq Bəhramov adına Respublika stadionunda “Ekranas”la qarşılaşdı. Qol.Az saat 19:30-dan etibarən “Bakı” - “Ekranas” matçından canlı mətn-reportaj yayımladı.
“Bakı” - “Ekranas” 4:2
Bakı. T.Bəhramov adına respublika stadionu
İlk oyun - 2:2
Baş hakim: Serj Qümyenni
Baş hakimin köməkçiləri: Mark Simons, Qreqori Kretto
Dördüncü hakim: Jeri van de Velde
(Hakimlər briqadası Belçikadandır)
Hakim-inspektor: Mişel Votro (Fransa)
UEFA nümayəndəsi: Miloş Markoviç (Serbiya)
“Bakı”: 23. Xalidu Sissoko, 32. Aleksey Savinov, 4. Vadim Borets, 5. Stevan Bates, 2.Rafael Barbosa, 55. Georgi Adamiya, 77. Aleksandr Soliç, 10. Amiran Muciri, 8. Ernad Skuliç, 9. Feliks Felipe Almeyda, 27. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 21. Aleksandr Tamaş, 3. Rafael Əmirbəyov, 12. Fernando Peres, 7. Mahmud Qurbanov, 20. Faboi Luis Ramim, 30. Vilyam Roşa Batista
“Ekranas”: 1. Ceznaiiauskas Vytautas, 11.Bidlauskas Andrius, 3. Gleveckas Dainius, 77. Tomkevicius Giedrus, 58. Matoviç Duvau, 17. Arlauskas Andrius, 22. Bicka Deimantas, 7. Azemolo Olabumbo, 9. Trakis Valdas, 15. Nerijus Sasnauskas, 19. Egidius Varnas
Ehtiyat oyunçular: 12. Kaumeckas Tadas, 6. Sarunas Dovikas, 16. Samuzauskas Paulive, 10. Banya Zilvimas, 37. Pogreban Sergheti, 32. Aranreloviç Darko, 88. Dominykas Galkevicius
“Bakı” “Ekranas”ı 4:2 hesabı ilə məğlub edərək, tarix yazdı. “Bakı” Çempionlar Liqasının tarixində üçüncü mərhləyə adlayan ilk Azərbaycan klubu oldu.
Oyun başa çatdı.
90+3. QOL. Gleveckas fərqləndi.
90+1. QOLLLLL. "BAKI" dördüncü qolu vurdu. Aleksandr Soliç fərqləndi.
85. "Bakı" dördüncü qolu vura bilərdi. Lakin Soliçin yaxın məsafədən endirdiyi zərbə dəqiq alınmadı.
83. "Ekranas"ın heyətində əvəzetmə. Bicka Deimantası Darko Aranreloviç əvəzlədi.
80. "Ekranas"dan Alemolu, "Bakı"dan isə Sissoko sarı vərəqəylə cəzalandı.
80. QOL. "Ekranas" hesab arasındakı fərqi azaltdı. Matoviç fərqləndi.
78. Coko Haciyevski matçın qəhrəmanını dəyişir. Feliksin əvəzinə Batista meydana daxil oldu.
75. QOLLLLL. Feliks özünün ikinci, komandasının üçüncü qolunu vurdu.
72. Andriusun baş zərbəsini Sissoko gözəl sıçrayışla tutdu.
70. "Ekranas" cərimə zərbəsi vurdu. Lakin top qapımızdan aralı keçdi. "Bakı"nı Çempionlar Liqasının üçüncü mərhələsindən 20 dəqiqə ayırır.
68. "Bakı"nın heyətində əvəzetmə. Amiran Mucirini Mahmud Qurbanov əvəzləyir.
65. QOLLLLLLLLLLLL. Muciri 2:0. "Bakı"nı Çempionlar Liqasının üçüncü mərhələsindən 25 dəqiqə ayırır.
64. Mucirinin zərbəsini qapıçı qaytardı.
63. "Bakı"nın növbəti hücumu təhlükəli alına bilərdi. Lakin hakim yenə də ofsayt qeydə aldı.
60. "Ekranas"ın hücumu. Sissoko topu tutdu.
59. QOLLLLLLLLLLLLLLLLLLLLLLLLLL. Feliksssssssssss. Braziliyalı forvard axır ki, istəyinə çatdı.
58. Peres qapıçıyla təkbətəkdən yararlana bilmədi.
57. QOLLLLLL. Yox, yox, hakim oyundankənar qərarı verdi. Feliks fərqlənmişdi.
55. "Bakı"nın heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Georgi Adamiyanı Fernando Peres əvəzlədi.
55. Batesin zərbəsi qapının üstündən keçdi.
54. Feliksə qarşı kobud oynadığına görə, Sasnauskas sarı vərəqəylə cəzalandı.
52. Adamiyanın zərbəsi qapıçıda qaldı.
50. Bəxtiyar Soltanov sarı vərəqəylə cəzalandı. İlk oyunda da cəzalandığından, "Bakı" ikinci mərhələyə yüksələcəyi halda, Bəxtiyar ilk matçı buraxacaq.
48. Trakisin zərbəsini Sissoko tutdu.
47. Yenə də Feliks fərqlənə bilərdi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45+1. İnanılmaz..... Bu epizodda qol vurmamaq vurmaqdan daha asan idi. Feliks qapıçını da aldatsa da, boş qapıya topu göndərə bilmədi.
41. "Ekranas"ın hücumu təhlükəli alındı. Lakin Sissoko səhvsiz oynadı.
37. Mucirinin möhtəşəm ötürmə verdi. Lakin qapıçı topa Adamiyadan daha tez çatdı.
33. Biçkanın cərimə zərbəsi təhlükəli alınsa da, müdafiəçilərimiz diqqətli oynadılar.
32. Muciridən gözəl hərəkətlər. Lakin rəqib oyunçular onu yıxırlar.
Bu dəqiqələrdə azarkeşlər də stadionda möhtəşəm ab-hava yaradıblar. Yenə də hər zaman gördüyümüz "Meksika dalğası"na tamaşa edirik. Stadion demək olar ki, tam dolub.
29. Savinovun asması təhlükə alındı. Lakin rəqib müdafiəçi topa Feliksdən daha tez çatdı.
25. Mucirinin cərimə zərbəsi qapının bir neçə santimetrliyindən keçdi.
24. Kobud oyuna görə Dainius sarı vərəqəylə cəzalandı.
22. İnanılmaz.... Bəxt "Bakı"dan üz döndərib. Top heç cür qapıdan keçmək istəmir. Yenə də dirək... Bu dəfə zərbəni endirən Bəxtiyar idi.
21. Boretsin cərimə zərbəsi təhlükəli alındı. Lakin Vytautas topu qaytara bildi.
20. Biçkanın zərbəsini Sissoko çətinlik çəkmədən tutdu.
19. Boretsin növbəti zərbəsini rəqib qapıçı çətinliklə də olsa tuta bildi.
17. "Ekranas"ın cərimə zərbəsi təhlükəli alınmadı. Sissoko topu oyuna daxil edəcək.
14. İnanılmaz. Bəxt çempionumuzdan üz döndərdi. Boretsin zərbəsi qapı dirəyinə tuş gəldi.
11. Mucirinin cərimə zərbəsindən ötürdüyü top qapıçıda qaldı.
8. Adamiyanın zərbəsi qapıdan aralı keçdi.
6. Künc zərbəsindən sonra top qapıdan aralı keçdi. 6 dəqiqəyə komandamız 3 künc zərbəsi vurub.
6. "Bakı" ilk real qol epizodunu yaratdı. Feliksin zərbəsindən sonra rəqib qapıçı topu qaytarsa da, müdafiəçi topa Adamiyadan daha tez çatdı.
4. Daha bir künc zərbəsi. Lakin Barbosanın zərbəsi qeyri-dəqiq alındı.
2. Bravo Feliks. Braziliyalı möhtəşəm reyd etdi. Sürəti hesabına rəqiblərini arxada qoysa da, müdafiəçilər topu küncə çıxardılar. Lakin küncə zərbəsindən bir şey alınmadı.
1. İlk hücum qonaqlardan gəldi. Lakin Varnasın baş zərbəsi dəqiq olmadı.
Meydanın mərkəzindən oyuna "Bakı" başladı.
Oyun başladı. UĞURLAR "BAKI"!
***
Komandalar oyunqabağı son məşqlərini keçirlər. Matça maraq böyükdür. Hazırda arenada təxminən 20 minə yaxın azarkeş var.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı