İyulun 21-də və 23-də Azərbaycan futbol tarixinin ən vacib günləridi. İndiyə kimi iki klubumuzun birdən mərhələ keçmək şansı bu dərəcədə olmamışdı. Əlbəttə, Avropa kuboklarında bir mərhələ keçmək fövqəl uğur deyil. Amma səviyyəsiz legioner və məşqçilərin ölkəmiz adına gətirdiyi rüsvayçılıqdan sonra bu mərhələni keçmək bizim üçün fövqəl uğur olacaq. Xüsusən də "Qarabağ" mərhələni keçsə...
Xatırlayırsızsa, DÇ-98-də Braziliyanı məğlub etməklə dünyaya səs salan Norveç finallara vəsiqəni Bakıda millimizi Ture Andre Flunun qoluyla 1:0 məğlub etməklə qazanmışdı. O vaxt Norveçin ən güclü futbolçu nəsli yetişmişdi. Heyətdə "Çelsi"dən tanıdığımız Flu, "M.Y."-dən Sulşer, Berq və bir çox başqa ulduzlar olan komanda evdə 5:0 hesabıyla asan qələbə qazansa da, Bakıda çətinliklə qalib gəlmişdi. Həmin ulduz komandada "Rusenborq"un yanvarda 40 illik yubileyini qeyd edəcək Strand da vardı. Düzdü, indi Strand əvvəlki kimi sürətli deyil və əsas heyətdə oynamır. Amma Bakıdakı oyunda təcrübəli futbolçunun oynamaq şansı az deyil ki, bu da hücumçularımız üçün göydəndüşmə olar. Strand Farer adaları təmsilçisiylə oyunlarda zəif rəqibin hücumçularına sürətdə uduzduğundan tez-tez onları yıxırdı və sadəcə, hakimin qeyri-obyektivliyi bir epizodda onun penalti qazanmasının qarşısını aldı. Strandın "Rusenborq"unun tarixinə iki azərbaycanlı da düşüb. Bunlardan biri norveçlilərə qarşı Moskva "Spartak"ının və Kiyev "Dinamo"sunun heyətində keçirdiyi hər üç oyunda qələbəyə sevinən Ramiz Məmmədov, digəri isə komandanın heyətində 3 il keçirən və bir çox uğurlar qazanan qolçu Azər Qaradaşdı. Qeyd edim ki, Azərin hazırda çıxış etdiyi "Brann" bu mövsüm çempionatda "Rusenborq"la həm səfərdə, həm də evdə heç-heçə oynayıb. Düzdü, "Qarabağ"ın rəqibi Avropada tanınan klubdu. Uzun illər ÇL-in qrup mərhələsinin daimi iştirakçısı olub. Son illər ÇL-ə düşə bilməsə də, çox da zəifləməyiblər. Təsadüfi deyil ki, daxili çempionatda bu mövsüm keçirdikləri 17 oyundan birində də məğlub olmayıblar və yalnız 5 oyunda heç-heçə ediblər. Tronheymlilər daxili yarışlarda uğurlu çıxış etsə də, xarici klublarla oyunları haqda bu sözləri demək olmaz. Sonuncu dəfə fevralın 22-də yoldaşlıq matçında məğlubiyyət acısı dadan komanda səfərdə Danimarka "Brondbü"sünə boyun əyib. Rəsmi oyunlarda isə "Rusenborq" son dəfə ötən ilin noyabrında UEFA kubokunda evdə "Valensiya"ya məğlub olub - 0:4. Maraqlıdı ki, ötən il Avropadakı çıxışını İntertoto kubokunda "Bakı"nın indiki rəqibi "Ekranas"la qarşılaşmalardan başlayan "vikinqlər"in "perfonmans"ına diqqət yetirsək, səfərdə daha zəif nəticə göstərdiyini görərik. "Rusenborq" ötən mövsüm "Breda"ya 0:1, "Düqarden"ə 1:2, "Sent-Etyen"ə 0:3 məğlub olub, "Kopenhagen"lə 1:1 bərabərə qalıb, "Ekranas"ı (3:1) və "Brondbü"nü (2:1) isə məğlub edib. "Rusenborq" sözsüz ki, adıçəkilən komandaların hamısından çox güclüdü və bu üzdən ötənilki nəticələr qəribədi. Bu nəticələr eyni zamanda "Qarabağ"ın norveçliləri keçməsini mümkünlüyünü göstərir. Doğrudu, bu dəfə Tronheymdəkindən daha çox çalışmaq lazım gələcək. Çünki 0:0 hesabı norveçliləri qane edir və əminəm ki, onlar bu nəticəyə çox sevinir. "Qarabağ"ın hətta ehtiyat oyunçuları arasında da Əfran İsmayılov, Rauf Əliyev, Zaur Həmişov, Aftandil Hacıyev və Namiq Yusifov kimi istənilən an meydançaya çıxıb komandanın gücünə-güc qatmağa qadir oyunçuları var.
Admir Telidən başqa, "Qarabağ"ın heyətindəki oyunçuların hamısı azərbaycanlıdı. Buna görə də komandanı oyuna psixoloji cəhətdən hazırlamağa ehtiyacı yoxdu. Futbolçularımız bilir ki, oyun Ağdamın işğalı günü keçiriləcək və nöqtə...
Bu oyunun önəmini "525-ci qəzet"in baş redaktoru və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddən daha yaxşı ifadə etmək çətindi: "Cavab matçının iyulun 23-nə - Ağdamın işğalı gününə düşməsini yalnız təsadüf adlandırmaq olmaz. Xüsusən də Norveçdəki heç-heçədən sonra burda bir ilahi qanunauyğunluq, vətənpərvərliyimizi və birliyimizi sınağa çəkən sirli məqam görürəm. Fikrimcə, həmin gün "Qarabağ"ın qələbəsi Ağdamın işğalına etirazımızın, üsyanımızın işartısı ola bilər. Qələbə isə bu etirazdan, üsyandan doğan ruhun və mütəşəkkil azarkeş dəstəyinin sayəsində mümkündü. Buna görə də futbolçularımıza ruh, azarkeşlərimizə mütəşəkkilik arzulamaqla hamının oyunu stadiondan izləməsini istəyirəm. Bugündən üzv olduğum bütün qurumlarda həmkarlarımı mətbuat gününün ertəsi "Qarabağ" - "Rusenborq" oyununda iştiraka səsləyəcəm. Bütün redaktor həmkarlarımı "Ağdamın işğal günü "Qarabağ"ı dəstəkləyək" kampaniyasına dəstək verməyə çağırıram və onları oyunu stadiondan izləməyə dəvək edirəm. Bu oyunda "Qarabağ"a mütəşəkkil azarkeş dəstəyimiz millət kimi yetkinliyimizin, "Qarabağ"a biganə qalmadığımızın, hələ tam kütləşməməyimizin göstəricisi ola bilər. Media vasitəsiylə bu müraciəti etməklə iyulun 23-də Respublika stadionunun dop-dolu tribunalarından "Qarabağ"ın qələbəsinə birgə sevinəcəyimizə inanıram".
Öz növbəmdə daxili instinktimin "Qarabağ"ın uğurlu nəticə göstərəcəyindən xəbər verdiyini bildirim. Əlbəttə, futbolda hər şey ola bilər. Məncə, futbolçularımız üçün oyunun gedişində iki şərt çox vacibdi: qol vuranda özünü itirməmək və qol buraxanda sınmamaq. Belə olsa, "Qarabağ" tribunaları ağzınacan dolduran (anşlaq mütləq olacaq!) və oyunun nəticəsini səbirsizliklə gözləyən milyonlarla azərbaycanlı üçün bu günü bayrama çevirəcək. Amma "Qarabağ" "Rusenborq"u keçə bilməsə də, bu, faciə olmayacaq! Çünki "Rusenborq" keçilməsi asan komanda deyil. Amma futbolda, xüsusən kubok oyunlarında və indiki halda bir oyunda hər şey mümkündü. Rusiya 2-ci dəstəsində çıxış edən veteran Emin Ağayevin "Volqa"sı çempion "Rubin"i məğlub edib kubokdan kənarlaşdırdı. Özü də bu mərhələdə Rusiya premyer-liqasının nə az, nə çox düz 12 təmsilçisi aşağı dəstə komandalarına məğlub oldu.
"Qarabağ"ın oyunundan iki gün öncə "Bakı"nın göstərəcəyi nəticə də Ağdam klubunun üzvlərinə ciddi təsir edəcək. "Bakı" ilk oyunda mübariz kollektiv olduğunu göstərdi və səfərdə məğlub olduğu matçın axarını dəyişə bildi. Komandada azərbaycanlı futbolçuların azlığı, olanların da oynamaması təəssüf doğurur. "Bakı"nın heyəti sözsüz ki, Litvadakından fərqlənəcək. Feliksin yanında varlığıyla yoxluğu bilinməyən Ramimin əvəzinə Batistanı görəcəyik. Hər halda, Adamiyanın yerinə Rəhman Hacıyevin daha faydalı olacağına zərrə qədər şübhəm yoxdu. Yetər ki, bu cocuğa şans verilsin. Panevejisdə zəif görünən müdafiədə Elvin Əliyev, Rafael Əmirbəyov və Saşa Yunisoğlu oynasa, arxa xəttin daha etibarlı olacağına inanıram. Vadim Boretsin yarımmüdafiədə komanda üçün daha çox xeyir verəcəyini də hər kəs bilir. Legionerlərin ölkəmizdə oynamasına kim irad tuta bilər ki? Hacievskiyə ağıl vermək kimi absurd niyyətim yoxdu. Sadəcə, ürəyimdə onlaları sizinlə bölüşdüm. Məndən olsa, təcrübəsiz Aqil Məmmədov və hansı formada olduğu bilinməyən veteran Mahmud Qurbanov daxil, bütün azərbaycanlıları əsas heyətdə buraxaram... Amma bizə nəticə lazımdı! Və bu nəticənin hansı futbolçularla və necə qazanılmasının yolunu Hacievski hamıdan daha yaxşı bilir! Gəlin inanaq. İnanaq ki, artıq avrokuboklarda təcrübə toplamış "Bakı" əvvəlki səhvləri təkrarlamayacaq. Yadınızdadısa, "Sioni" ilə oyunlarda əvvəl də "Bakı"nın düşərgəsində bayram əhval-ruhiyyəsi vardı. Sanki "Sioni" səddi keçilmişdi. Bu qeyri-peşəkarlığın sonu acı oldu və Gürcüstanda buraxılan 2 qolun əvəzində Bakıda ağdamlı Fərid Quliyevin vurduğu tək qol yetmədi. Açıq etiraf edim ki, onda da "Bakı" rəqibdən güclü idi. Amma məlumdu ki, güclü olan həmişə qalib gəlmir, hətta səfərdə 0:2 hesabıyla məğlubiyyətə rəğmən, "Sioni"ni keçəcəyimizə əmin idim və bu fikri "Can "Bakı" başlıqlı yazıda oxucularla bölüşmüşdüm. Bu yazı yaddaşımda həm də ona görə unudulmaz iz buraxıb ki, qələmini və ön önəmlisi şəxsiyyətini hər zaman sevdiyim safqanlı bir türk oğlu, idman yazarı - Adil Qaçayoğlu onda mənə təşəkkür məktubu yazmışdı. Həmin məktubun sözləri də xatirimdədi. Moskvadan Bakıya gəlib burdan komandayla Gürcüstana yollansam da, həmin gün xarici pasportumun vaxtı bitdiyindən sərhəddə qatardan düşürülməyimə baxmayaraq, inadkarlıq göstərib sonda oyuna yetişməyimi Adil müəllim "bir vətəndaşlıq" borcu kimi qiymətləndirmişdi. Təəssüf ki, o, çox yaşamadı. Ağdam həsrətinə, çox sevdiyi futbolçumuzun rüvsayçılıqları və xoş olmayan qaçqınlıq həyatına dözə bilədi. Amma hər kəsin yaddaşında çox gözəl və vətənpərvər insan kimi qalan Adil Qaçayoğlunun ruhu onu tanıyanların qəlbində yaşayır. Heç şübhəsiz, "Qarabağ"ın iyulun 23-də "Rusenborq"u keçməsinə onun ruhu da sevinəcək. Həmçinin onunla yanaşı, minlərlə şəhidlərimizin...
Artıq "Bakı" "Sioni" ilə oynulardakı kimi qeyri-peşəkar deyil. Üstəlik klubun idarə edilməsi peşəkarlara tapşırılıb. "Qarabağ"da da əvvəlki vəziyyət deyil. Komandanın rəhbərliyində təmsil olunan türk yönəticilər indi daha təcrübəlidi. Həm "Bakı"nın, həm də "Qaabağ" rəhbərliyinin çəkdikləri xərclərin eyni zamanda azarkeşlərin mənəvi əzablarının bir əvəzi olmalıdı. Həm "Bakı", həm də "Qarabağ"ın oyunlarında tribunalarda anşlaq gözləyirəm. İnşallah, bu həftə "Bakı" və "Qarabağ" futbolçularımızın da ölkəyə bayram bəxş etmək qabiliyyətində olduqlarını göstərəcəklər!
Uğurlar "Qarabağ", uğurlar "Bakı", uğurlar Azərbaycan!
Anar ŞABANOĞLU
Ronaldinyo Bakıya gəldi
Qarabağ qeydləri
Tanınmış futbolçu basketbola başladı
Ten Haq "Roma"nı çalışdıra bilər
"Borussiya" Bellinqemin qardaşını transfer etmək istəyir
"Qalatasaray"dan ayrılıb bu kluba keçdi
Kadıoğlu heyətdən çıxarıldı
Montella Türkiyə millisindən ayrılırmı?
Ronaldo mükafatlandırıldı
İngiltərə millisində 8 itki
“Səbail" yeni baş məşqçisini rəsmən elan etdi
"Real"ın təklifinə rədd cavabı verdi
Millimizin Qəbələ məşqi - Şəkillərdə
Mbappe Hakimi ilə istirahət etdi
FİFA prezidentinin İlham Əliyevlə görüşündən - Şəkillər
BMT “Qarabağ”ın təşəbbüsünə dəstək verdi
İlham Əliyev Canni İnfantino ilə görüşdü
“Azərbaycan millisinə qarşı fərqli oynamalıyıq”
“Qarabağ”ın prezidentindən “Lion”la oyunla bağlı açıqlama
Arda Gülerin səbr kasası daşdı - Qərarını verdi
İsveç millisində Azərbaycanla oyunöncəsi dəyişiklik
Millimizin hazırlığı başladı
“Qazanılacaq hər xal önəmlidir” - Millimizin baş məşqçisi
Ekvador millisinin futbolçusu vəfat etdi
Dini inancına görə 22 yaşında karyerasını bitirdi
"Tezliklə millimiz yaxşı nəticələr qazanacaq"
"Barselona" "Milan"ın futbolçusunu heyətinə qatmağa yaxındır
İspaniya nəhəngləri gürcüstanlı futbolçu ilə maraqlanırlar
Sampaoli Fransa klubunda
Həyat yoldaşı Devid Bekhemin ən çətin günlərindən danışdı
"Liverpul"u təhqir etdi, işdən uzaqlaşdırıldı
Nuri Şahin iki halda “Borussiya”da qala bilər
Dünya çempionatının püşkatma mərasiminin vaxtı açıqlandı
Gürcü hücumçu Fransada ayın oyunçusu seçildi
Rusiya millisi üçün yeni rəqib
La Liqada ötən mövsümün ən yaxşısı müəyyənləşdi
Santuş milli üzvlərini Qəbələdə belə qarşıladı - Video
"Qəbələ"nin futbolçusu Türkiyədə əməliyyat olundu
Məşhur futbolçu karyerasını başa vurdu
Amorim gəldi, Nistelroy getdi
"Beşiktaş"ın "Makkabi"ni harada qəbul edəcəyi bilindi
Azərbaycan millisi Qəbələdə - Şəkillər