Avropanın bir nömrəli klub turniri olan Çempionlar Liqasında həyəcan davam edir.
Qol.Az-ın məlumatına görə, bu axşam qrup mərhələsinin III turunda 8 qarşılaşma baş tutacaq.
Turnirin tarixinə nəzər saldıqda burada bir neçə futbolçunun ön plana çıxaraq komandalarına vacib qələbələr qazandırmasını görərik. Həmin futbolçuların sırasında Zinəddin Zidan, Lionel Messi, Ronaldo, Ueyn Runi, Alessandro Del Pyero və başqa futbolçuların adlarını çəkmək olar.
Sonuncu belə futbolçunu ötən mövsüm "Borussiya" (Dortmund) klubunun heyətində gördük. Dortmund təmsilçisinin polşalı hücumçusu Robert Levandovski yarımfinal mərhələsinin ilk oyununda Madrid "Real"ının qapısına 4 qol vurmaqla tarixə düşdü. Nəticədə 4:1 hesabı ilə qələbə qazanan komanda cavab görüşündə uduzmasına baxmayaraq (0:2) finala adlamışdı.
Çempionlar Liqasında tarix yazan 10 futbolçu:
1. Zinəddin Zidan ("Real", Madrid) - "Bayer" (Leverkuzen)
2001/2002 mövsümünün final matçında "Real" (Madrid) və "Bayer" (Leverkuzen) komandaları üz-üzə gəlmişdi. Matçın 9-cu dəqiqəsində Raul Qonzales "Real"ı hesabda irəli çıxarsa da, 5 dəqiqə sonra Lusio tarazlığı bərpa etmişdi. Hər kəs ilk hissənin bu hesabla başa çatacağını gözləyərkən Zinəddin Zidan mükəmməl zərbə ilə komandasına 9-cu və hələ ki, sonuncu çempionluğu qazandırmışdı.
2. Lionel Messi ("Barselona") - "Arsenal"
2009/2010 mövsümündə səfərdə "Arsenal"la 2:2 bərabərə qalan "Barselona" "Nou Kamp"dakı oyuna bir qədər rahat çıxmışdı. Lakin Nikolas Bendtnerin qolu "Barsa"lı azarkeşləri həyəcanlandırdı. Vacib anda səhnəyə çıxan Lionel Messi poker etməklə komandasını növbəti mərhələyə daşımışdı.
3. Stiven Cerard ("Liverpul) - "Milan"
2004/2005 mövsümünün İstanbulda keçirilən final matçında "Liverpul" fasiləyə 0:3 hesabı ilə məğlub yollanmışdı. Lakin ikinci hissənin əvvəlində Cerardın vurduğu qol komandasını ruhlandırır. Ardından daha iki qol vuran "Liverpul" oyunu əlavə hissəyə daşıyır. Penaltilər seriyasında daha dəqiq oynayan "Liverpul" Çempionlar Liqasının qalibi olmuşdu.
4. Robert Levandovski ("Borussiya", Dortmund) - "Real" (Madrid)
Ötən mövsüm ÇL-in yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Real" (Madrid) klubu ilə qarşılaşan "Borussiya"nın heyətində sanki bir oyunçu var idi. Dortmundda keçirilən görüşdə Robert Levandovski 4 qol vurur və bununla da, "Borussiya" cavab oyunu öncəsi böyük üstünlük əldə edir. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, Almaniya təmsilçisi finala adlamışdı.
5. Ronaldo ("Real", Madrid) - "Mançester Yunayted"
Madriddə "Mançester Yunayted"i 3:1 hesabı ilə məğlub edən "Real" klubu səfərə müəyyən üstünlüklə yollanmışdı. Lakin "Old Trafford" stadionunda rəqib azarkeşlər qarşısında oynamaq heç də asan deyildi. Bununla belə, həmin oyunda het-trik edən Ronaldo komandasının yarımfinala yüksəlməsində böyük rol oynamışdı. "Mançester Yunayted" "Real"ı 4:3 hesabı ilə məğlub etsə də, mərhələ adlayan tərəf məhz "kral klubu" olmuşdu.
6. Alessandro Del Pyero ("Yuventus") - "Real" (Madrid)
2002/2003 mövsümündə səfərdə "Real" (Madrid) klubuna 1:2 hesabı ilə uduzan "Yuventus" doğma azarkeşləri önündə rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarmışdı. Həmin görüşdə David Trezeqeyə məhsuldar ötürmə verən Alessandro Del Pyero ikinci qolu özü vurmuşdu - 2:0. Pavel Nedved və Zinəddin Zidanın hərəyə bir dəfə fərqlənməsi yekun nəticəni müəyyənləşdirmişdi - 3:1.
7. Roy Kin ("Mançester Yunayted") - "Yuventus"
1998/1999 mövsümündə ÇL-in yarımfinalında "Yuventus"a 0:2 hesabı ilə uduzan "Mançester Yunayted" möhtəşəm geri dönüşlə yadda qalmışdı. Həmin oyunda vurduğu qolla komandasını ruhlandıran irlandiyalı futbolçu sonda 3:2 hesabı ilə qələbəyə sevinmişdi.
8. Ueyn Runi ("Mançester Yunayted") - "Fənərbaxça"
2004/2005 mövsümündə "Old Trafford" stadionunda "Fənərbaxça"nı qəbul edən "Mançester Yunayted" rəqibini 6:2 hesabı ilə darmadağın etmişdi. Həmin oyunda yenicə parlamağa başlayan 18 yaşlı Ueyn Runi het-trikə imza atmaqla diqqətləri üzərinə çəkmişdi.
9. Marko van Basten ("Milan") - "Göteburq"
1992/1993 mövsümündə doğma azarkeşləri önündə "Göteburq"la qarşılaşan "Milan" rəqibinə 4 cavabsız qolla qalib gəlir. Həmin görüşdə vurulan bütün qolların müəllifi olan Van Basten "Milan" azarkeşlərinin rəğbətini qazanır.
10. Xristo Stoiçkov ("Barselona") - "Mançester Yunayted"
1994/1995 mövsümündə "Barselona" "Old Trafford" stadionunda "Mançester Yunayted"lə 2:2 bərabərə qalır. İspaniyada keçirilən cavab görüşündə "Barselona" 4:0 hesabı ilə qalib gəlmişdi ki, bu qollardan da ikisini məhz Stoiçkov vurmuşdu.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç