"Rəvan" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın X turunda keçmiş komandan "Neftçi" ilə qarşılaşdınız. Məğlub olduğunuz oyun (1:2) haqda nə deyə bilərsən?
- Oyuna yaxşı başlamışıdıq, istədiyimiz qolu da vura bildik. İkinci hissədə isə futbolçularımızda yorğunluq oldu. İlk hissədəki kimi davat etsəydik, qələbə qazanardıq. Ancaq toparlana bilmədik və qapımızdan iki qol buraxdıq.
- Komandanız fasiləyə üstün yollanadı. Hesabı qorumaq üçün "Rəvan"da nə çatmadı?
- Deməzdim komanamız hardasa səhv etdi. "Neftçi" neçə illərdir ki, bir yerdə oynayan futbolçulardan təşkil olunub. Rəqibimiz son üç ilin çempionu idi. Təbii ki, onlar məğlub duruma düşəndə hücumlarının kəsərini artırmalıydılar. Buna gör də, bizim üçün həm müdafiədə, həm də hücumda çətin oldu. Rəqibin güclü təzyiqləi qarşısında komandamız şatdıra bilmədi.
- Həmişəki kimi hücumlara qoşulmurdun.
- Bunu oyun tələb edirdi. "Neftçi" bizi müdafiədən oynamağa məcbur edirdi. Ona görə, arxa xəttə kömək etməli olurdu. Ancaq razıyam ki, mənim əsas işim hücuma dəstək verməkdir. Hücum xəttində özümü daha yaxşı göstərə bilirəm.
- Komandanızı artıq Azərbycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev çalışdırır. Onun gəlişdindən sonra "Rəvan"da canlanma hiss olunur?
- Şahin müəllimin tamam fərqli sistemlə çıxış etməsi ilk gündən hiss olunur. Oyun planı da çox başadüşüləndir. Hər bir futbolçu ondan nə tələb olunduğunu yaxşı bilir. Şahin müəllim həm də yaxşı psixoloqdur. Sadəcə onunla cəmi yeddi gündür ki, bir yerdəyik. Ancaq o, bu qısa vaxt ərzində komandanı "Neftçi" ilə oyuna çox yaxşı hazırlamışdı. Bəlkə də rəqibimiz "Neftçi" yox, başqa komanda olsaydı, qalib gələrdik. Bu tempdə davam etsək, rəqiblər üçün çox başağrısı olacağıq.
- Bütün fikirlərin "Rəvan"dadır, yoxsa qışda müqavilə ilə aid olduğun "Bakı"ya dönməyi düşünürsən?
- Hazırda "Rəvan"ın heyətindəyəmsə, bu komandanıı düşünməliyəm. Elə insanam ki, əməyim olan klubu fikirləşirəm. İnşallah "Bakı"ya qayıdıb-qayıdmayacağım qışda bilinəcək. Hələ ki, özümü sübut etmək istəyirəm ki, həmin oyunçu yenə də var. Mənə bunlar daha vacibdir.
- "Bakı"nın baş məşqsiçi Milinko Pantiçlə görüşmüsən. "Bakı"ya qayıtmağınla bağlı söhbətiniz oldu?
- Onunla "Bayıl Arena"da görüşdük. Oyuna baxmağa gəlmişdi. Sadəcə söhbətləşdik. Pantiç də bilir ki, həmişə iddialı komandalarda oynamışam. Mənim işimlə, oyunumla bağlı soruşdu. Həmişə hansı səviyyədə oynadığımı bilir. Yen deyirəm hələ ki, "Rəvan"ı düşünürəm. Çalışacam ki, özümü yenidən sübut edim. Yeni baş məşqçimizə kömək etməyi fikirləşirəm.
- "Rəvan" bu durumdan çıxarmaq nə dərəcədə asan olacaq?
- Hazırda komandamızın vəziyyəti pisdir. Bütün komandalar güclənib. Hamısı yüksək yerlər üçün oynayır. Təcrübəmizdən istifadə edib, əlimizdən gələni edəcəyik ki, "Rəvan"ı bu vəziyyətdən çıxaraq. Hara getmişəmsə, bunu bacarmışam. İnşallah burada da bacararam.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı