Rəşad Sadiqov: "Seçmə mərhələdə 9 xal toplamağımız yaxşı nəticədir"

Rəşad Sadiqov: "Seçmə mərhələdə 9 xal toplamağımız yaxşı nəticədir"
GÜNDƏM 18 Oktyabr 2013 / 11:25 2473
-  A +

“Rusiya ilə matçda komandamız sona kimi döyüşdü və güclü rəqibdən xal almağı bacardı. Bu oyunda meydana çıxmasam da komanda yoldaşlarımın qazandığı nəticəyə görə azı onlar qədər sevindim və özüm də hər an meydana çıxmağa hazıram. “Neftçi”dən olan komanda yoldaşlarım da özlərini yaxşı tərəfdən göstərdilər. Qrup matçlarını 9 xalla başa vurmağımız məncə yaxşı nəticədir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Rəşad Sadiqov klubun saytına açıqlamasında deyib.

Təcrübəli yarımmüdafiəçi qeyd edib ki, artıq seçmə mərhələnin oyunları başa çatdığından bütün diqqətlərini çempionata yönəldiblər: "Həftə sonu “Rəvan”ı qəbul edəcəyik. Rəqibin aşağı pillələrdə qərarlaşması bizi arxayınlaşdırmır. “Rəvan”la oyunda meydana yalnız qələbə üçün çıxacağıq.İnanıram ki, “Neftçi”nin sadiq azarkeşləri bu oyunda da bizi tək qoymayacaqlar”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır