"Həqiqətən çox maraqlı oyun oldu. Əvvəlcədən bildirdik ki, bizi çoz çətin qarşılaşma gözləyir. Oyun ətrafında yaranan söhbətlərə görə bu matça maraq daha böyük idi. Şimali İrlandiyaya qalib gəldiyimiz üçün matça böyük həvəslə çıxmışdıq. Rəqibimiz də çox güclü idi. Biz də öz azarkeşlərimiz qarşısında başıuca olmaq üçün oyunun məsuliyyətini yaxşı dərk edirdik. Əsas odur ki, uduzmadıq və bizə kömək olacaq biq xalı qazandıq".
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın üzvü Əfran İsmayılov DÇ-2014-ün seçmə mərhələsində yığmamızın Rusiya ilə oyunu (1:1) haqda danışarkən deyib.
"Bakı"nın yarımmüdafiəçisi Rusiya ilə qarşılaşmanın xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu görüş prinsipiallığına görə digər oyunlardan seçilib: "Rusiya ilə qarşılaşama bizim üçün çox prinsipiallaşmışdı. Çünki rəqib oyundan qabaq bizə yuxarıdan aşağı baxırdı, saymazyana yanaşırdı. Onlar müsahibələrində bildirmişdilər ki, Azərbaycan çox zəifdi. Fikirlərində ancaq qalib gəlmək idi. Başqa nəticəni düşünmürdülər. Yəni özlərindən çox razı idilər. Şükürlər olsun ki, onlara sübut etdik ki, danışmaq asandır, hər şeyi meydanda göstərmək lazımdır. Heç bir rəqibə zəif gözlə baxmaq lazım deyil. Öz meydanımızda ruslardan bir xal almağımız onlara yaxşı cavab oldu. Məncə, onlar bundan nəticə çıxaracaqlar. Elə oyundan sonra onlar bizə yaxınlaşdılar və bildirdilər ki, biz müsahibələrimzdə Azərbaycanı zəif adlandırmaq istəməmişik. Mən deyərdim ki, rusların bizi zəif sayması xeyrimizə oldu. Çünki rəqibini zəif sayanda mütləq cəzalanırsan".
Ə.İsmayılov Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədovun oyundan əvvəl verdiyi açıqlamaya və onun azarkeşlər tərəfindən fitə basılmasına da münasibət bildirib: "Aleksandr Səmədov çox güclü futbolçudur. Elə buna görə də Rusiya millinin əsas heyətində çıxış edir. Ancaq onun oyundan qabaq verdiyi açıqlama bütün azarkeşlərimizi qıcıqlandırdı. Elə müsahibə verməliydi ki, belə halla üzləşməsin. Bildiyimə görə oyundan sonra Rəşad Sadıqovdan üzr istəyib. Bildirib ki, onun fikri düzgün başa düşülməyib. Əgər bu, belədirsə, onu bağışlamaq olar. Ancaq deyibsə, həqiqətən səhv edib. Heç kim ona ixtiyar verməyib desin ki, azərbaycanlıları cəzalandıracağıq. Allaha şükür ki, özü cəzalandı. O, Azərbaycanda, öz millətinin qarşısında hörmətlə qarşılanmalı idi. Ancaq əksinə azarkeşlər ona söydü, nifrət etdi. Səmədov Azərbaycanın hörmətini qazanmalı idi. Ancaq bunu bacarmadı. Ancaq üzr istədiyinə görə yəqin azarkeşlər onu bağışlayar".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır