“Bakı” Çempionlar Liqasının ikinci mərhələsində “Ekranas”ı mübarizədən kənarlaşdıra bilsə, növbəti turda Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq. “Bakı” kimi yarışa ikinci mərhələdən başlayan “Levski” ilk oyunda Andorra təmsiçisi “San-Juliya”nı 4:0 hesabı ilə məğlub edib. Qol.Az-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyanı təmsil edən “Levski”nin əsası 1911-ci ildə qoyulub. Komandanı Sofiyada yer alan institulardan birinin tələbələri yaradıb. Klub rəsmən 1914-cü ilin 24 mayında qeydiyyatdan keçib. Klub Vasili Levskinin şərəfinə adlanıb. Vasili Levski Bolqarıstanın müstəqilliyində mühüm rol oynamış şəxslərdən biri olub.
“Levski” Sofiya çempionatında 1921-ci ildə debüt edib. 2 ildən sonra isə yarışın qalibi adını qazanıb.
İlk dəfə Bolqarıstan çempionatı 1924-cü ildə keçirilsə də, komanda 9 il sonra ilk çempionluğunu yaşayıb. 1969-cu ildə “Levski” paytaxtın bir başqa klubu - “Spartak”la birləşərək, “Levski-Spartak” adını alıb. Bundan sonra ölkə çempionatında ardıcıl olaraq uğurlar qazanan komanda Avropada da özündən söz etdirməyi bacarıb. Georgi Asparuxovun dövründə komanda “Ayaks”, “Barselona”, “Atletiko” kimi klublara qalib gələrək, Kuboklar Kubokunun və UEFA Kubokunun ¼ final mərhələsinədək irəliləməyi bacarıb. Sonrakı illərdə komanda yenidən ad dəyişikliyinə məruz qalıb. Lakin “Vitoşa” adı ilə klub yalnız 90-cı ilin əvvəlinədək mövcud olub. 90-cı illərin əvvəlində yenidən “Levski” adlanan komanda 3 il dalbadal çempion olub. XXI əsrin əvvəlində isə “Levski” daha da yaxşı çıxış edərək, son 8 ildə 5 dəfə çempion adını qazandı. 2006-cı ildə isə “Levski” UEFA Kubokunun ¼ finalınadək irəlilədi. Eyni zamanda Çempionlar Liqasının qrup mərhələsində də iştirak etdi. “Bakı” “Levski” ilə elə həmin il qarşılaşa bilərdi. Lakin çempionumuz “Sioni”yə məğlub olduğundan, bolqarların qarşısına “Sioni” çıxdı.
“Levski” Bolqarıstanın yeganə klubudur ki, heç vaxt yüksək liqanı tərk etməyib. “Levski” 25 dəfə ölkə çempionu olub (1933, 1937, 1942, 1946, 1947, 1949, 1950, 1953, 1965, 1968, 1970, 1974, 1977, 1979, 1984, 1985, 1988, 1993, 1994, 1995, 2000, 2001, 2002, 2006, 2007), 26 dəfə ölkə kubokunu qazanıb (1942, 1946, 1947, 1949, 1950, 1956, 1957, 1959, 1967, 1970, 1971, 1976, 1977, 1979, 1982, 1984, 1986, 1991, 1992, 1994, 1998, 2000, 2002, 2003, 2005, 2007), 2 dəfə isə Bolqarıstan superkubokuna sahib çıxıb (2005, 2007).
”Levski”nin stadionu Georgi Asparuxovun adını daşıyır. Arena 29980 tamaşaçı tutumuna malikdir. Komandanın baş məşqçisi Emil Belevdir, prezidenti isə Emil Velevdir.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı