"Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik"

"Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik"
GÜNDƏM 14 Oktyabr 2013 / 13:23 2570
-  A +

"Ötən oyun çox gözəl qələbə qazandıq. Rusiya yığması ilə oyun ərəfəsində yüksək əhval-ruhiyyədəyik. İstirahət etmişik və oyuna hazırıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Ruslan Abışov Rusiya ilə oyunöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Rusiyanın "Rubin" klubunun şərəfini qoruyan müdafiəçi sabahkı oyunun çətin olacağını bildirib. Bununla belə bayram ərəfəsində qələbə ilə azarkeşləri sevindirmək istədikləri qeyd edib: "Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik. Rusiya futbolunun səviyyəsi çox yüksəkdir. Atletik futbol oynayırlar. Onlara qarşı mübariz aparmaq bizim üçün asan olmayacaq".

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu