“Rusiya yığmasına qalib gəlsək, bu, sensasiya sayılmayacaq"

“Rusiya yığmasına qalib gəlsək, bu, sensasiya sayılmayacaq"
GÜNDƏM 14 Oktyabr 2013 / 13:13 2579
-  A +

“Rusiya yığmasına qalib gəlsək, bu, sensasiya sayılmayacaq. Çünki istənilən rəqiblə oynaya bilərik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın məşqçisi Aslan Kərimov yığmamızın Rusiya ilə sabahkı oyunu üçün təşkil olunmuş mətbuat konfransında deyib.

Millimizin sabiq kapitanı rusların müəyyən qədər üstün olduqlarını bildirib. Əlavə edib ki, bizim də üstünlüklərimiz var: "Millinin üzvlərinin ustalıq baxımından güclü çempionatlarda oynamasını istərdik. Futbolçularımız Rusiyada oynasa, bizim üçün də rahat olar. Ruslar bizdən təcrübə baxımından üstündür. Bizim üstünlüyümüz isə doğma meydanda oynamağımızdır. Bəlkə də motivasiya baxımından bizim qələbəmiz daha vacibdir".
 
A.Kərimov komandamızın sabahkı oyuna fərqli heyətlə çıxacağını bildirib: "Heyətdə bəzi dəyişikliklər olacaq. Bu, Rasim Ramaldanovla bağlıdır. O, oyunu buraxacaq. Bundan başqa, digər səbəblərdən də heyətdə dəyişikliklər olacağı istisna olunmur”.
 

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu