Sergey Yuran: "Azərbaycan millisində lider görmürəm"

Sergey Yuran: "Azərbaycan millisində lider görmürəm"
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2013 / 02:20 3045
-  A +

Vaxtilə Rusiya millisinin şərəfini qorumuş Sergey Yuran yerli mətbuata müsahibə verib.

Qol.Az-ın məlumatına görə, "Simurq"un sabiq baş məşqçisi DÇ-2014-ün seçmə mərhələsində oktyabrın 15-də baş tutucaq Azərbaycan - Rusiya oyunu haqqda danışıb.


"Futbolçularımız çətin və gərgin oyuna hazır olmalıdır. Azərbaycan millisi qələbə qazanmaq üçün torpağı gəmirəcək. Bir qədər dözmək lazımdır. Braziliyaya getmək üçün qarşımızda cəmi 90 dəqiqə var".
 
O qeyd edib ki, Rusiyanın qələbəsinə şünhə etmir: "Düşünmürəm ki, məğlub ola bilərik. Oyunun heç-heçə olacağını gözləmirəm. Mənim üçün hazırda gözəl oyun yox, nəticə vacibdir. Rusiya ilə oyun bütün keçmiş mütəffiq ölkələri üçün əlavə stimul verir. Elə rəqib futbolçularına qələbəyə görə yüksək məbləğdə pul mükafatının vəd edilməsi də bundan xəbər verir. Azərbaycanlılarla oynamaq həmişə çətin olub. Ancaq düşünürəm ki, 1:0 va ya 2:1 hesablı qələbə qazanacağıq".

Veteran futbolçu millimizdə komandanı arxasınca apara biləcək bir futbolçunun olmadığını deyib: "Rəqib komandada lider futbolçu görmürəm. Foqtsun tapşırığı ilə 11 futbolçunun hamısı əsasən müdafiəni fikirləşir.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu