"Qarabağ"ın Norveçdə "Rusenborq"la oyunu heç-heçə bitirməsi heç şübhəsiz, məni də sevindirdi». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid söyləyib. "Gecəyarısı ilk zəng edib təbrik etdiyim adam isə Aqil Abbas oldu. Cavab oyununda T.Bəhramov adına Respublika stadionunda komandamızı birgə dəstəkləməyə razılaşdıq. Cavab matçının 23 iyula - Ağdamın işğal gününə düşməsini təkcə təsadüf adlandırmaq olmaz. Xüsusən də Norveçdəki heç-heçədən sonra burada bir ilahi qanunauyğunluq, vətənpərvərliyimizi və birliyimizi sınağa çəkən sirli bir məqam görürəm. Fikrimcə, həmin gün "Qarabağ"ın qələbəsi Ağdamın işğalına etirazımızın, üsyanımızın bir işartısı ola bilər. Bu oyunda qələbə isə bu etirazdan, bu üsyandan doğan ruhun və mütəşəkkil azarkeş dəstəyinin sayəsində mümkündür. Buna görə də mən futbolçularımıza ruh, azarkeşlərimizə mütəşəkkillik arzulamaqla, hamının oyunu stadionda izləməsini arzulayıram. Bu gündən bütün üzv olduğum qurumlarda həmkarlarımı mətbuat gününün sabahısı "Qarabağ"-"Rusenborq" oyununda iştiraka səsləyəcəyəm. Bütün redaktor həmkarlarımı «Ağdamın işğal günü “Qarabağ”ı dəstəkləyək» kampaniyasına dəstək verməyə çağırıram və onları oyunu stadiondan izləməyə dəvət edirəm. Bu oyunda «Qarabağ»a mütəşəkkil azarkeş dəstəyimiz millət kimi yetkinliyimizin, "Qarabağ"a biganə qalmadığımızın, hələ tam kütləşməməyimizin bir göstəricisi ola bilər. Media vasitəsiylə bu müraciəti etməklə 23 iyulda T.Bəhramov adına Respublika stadionunun dop-dolu tribunalarından "Qarabağ"ın qələbəsinə birgə sevinəcəyimizə inanıram».
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı