"Bugünkü oyunu hamımız çox gözləyirik. Çünki millimiz qalib gəlsə, ötən illərlə müqayisədə rekord göstərəcək. Yəni bu gün rekorda imza ata bilərik. Məncə, komandamız bu şansını qaçırmayacaq".
Qol.Az saytına açıqlamasında bu sözləri U-19 millimizin sabiq baş məşqçisi Vəli Qasımov yığmamızın DÇ-2014-ün seçmə mərhələsində bu gün Şimali İrlandiyaya qarşı keçirəcəyi oyun haqda danışarkən deyib.
Veteran futbolçu millimizin bügünkü oyunu barədə nikbin danışıb. Qeyd edib ki, yığma komandamız qalib gəlməyə qadirdir: "Mən inanıram ki, bu gün qalib gələcəyik. Ancaq futbolda favorit olmur. Kim deyə bilərdi ki, Lüksemburq da Şimali İrlandiyaya qalib gələr. Yəni bugünkü oyunda da kiminsə aşkar üstünlüyünü demək olmaz. Bir məsələ var ki, yığmamız həmişə öz meydanımızda baxımlı oyun göstərir. Komandamıza inamım da buna görədir. Bu seçmə mərhələdə 8 xal toplasa belə, bunu uğur saymaq olmaz. Demək olmaz ki, bu gün millimiz gözəl oyun nümayiş etdirir. Ancaq yığılmış xallara görə yaxşıdır".
V.Qasımov millimizin oktyabrın 15-də Rusiya yığması ilə qarşılaşacağı oyun haqda da danışıb: "Rusiyaya qarşı oyunumuz çox çətin olacaq. Çünki Rusiya millisi burda qalib gəlmək üçün hər şey edəcək. İnanmıram ki, yığmamız onlara qarşı nəsə etsin. Sadəcə biz rahat oynamaya bilərik. Çünki itiriləsi heç nə yoxdur".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər