"Komandanı növbəti oyunlara hazırlamaq və səviyyəni qaldırmaq lazımdır. Ancaq mənə vaxt lazımdır. 2,5 illik sözləşmə bəlkə də Azərbaycan futbolundakı ən uzunmüddətli müqavilədir. Komandanın nəticə qazanması üçün hər kəs çalışmalıdır".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan" klubunun yeni baş məşqçisi Şahin Diniyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Berti Foqtsun mətbuat konfransının vaxtından xəbərimiz yox idi. Əgər bilsəydik, mətbuat konfransımın vaxtını dəyişərdim. Bizim üçün gec olmazdı. Çünki milli hər zaman vacibdir. Jurnalistlərə çətinlik yaratmaq istəməzdim" - deyə Ş.Diniyev bildirib.
Təcrübəli mütəxəssis əsas hədəfinin böyük uğurlar qazana biləcək kollektiv yaratmaq olduğunu bildirib: "Düşünürəm ki, Bəhmən Həsənov komandada qalmalıdır. Buna normal baxıram. Əsas məqsədimiz yaxşı oyundur. Yaxşı oynasaq, nəticə də qazanacağıq. Yaxşı oynamasaq, nəticələr təsadüfi olacaq. Əgər pis oynasaq, amma rəqibi məğlub etsək, həmkarımdan üzr istəyəcəm. Bizə kiçik uğurlar lazım deyil.
Komandam 4-2-3-1 taktiki sxemlə oynayır. Hazırda 6 xalımız var. Güclü rəqiblərimiz isə çoxdur. Titullu futbolçum yoxdur. Kim daha yaxşı hazırlığa malik olacaqsa, o da oynayacaq. "Rəvan"ın oyunlarına baxmağa getmirdim, ancaq videoyazılarını izləmişəm. Həm özümə, həm də rəhbərliyə güvənirəm. "Rəvan"da ulduz futbolçular olmayacaq. Yaxşı futbolçular toplamağa çalışacağıq. Uğursuzluq baş verərsə, bunun əsas günahı mənim və futbolçuların üzərində olacaq".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər