Yaşar Seyidov: “Axşamadək məsələ müsbət həllini tapmasa, Felikslə Barbosa deportasiya olunacaq”

Yaşar Seyidov: “Axşamadək məsələ müsbət həllini tapmasa, Felikslə Barbosa deportasiya olunacaq”
ÖLKƏ FUTBOLU 16 İyul 2009 / 16:57 2673
-  A +

“Həqiqətən də dünəndən etibarən Felikslə Barbosa hava limanındadırlar. Onları Azərbaycana buraxmırlar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib. Yaşar bəy braziliyalı futbolçularla bağlı yaranan problemə belə aydınləq gətirib: “Biz birinci dəfədir ki, belə bir problemlə qarşılaşırıq. Bildiyiniz kimi, klubumuzda bu vaxta qədər xeyli sayda braziliyalı futbolçu oynayıb. Təxminən 20-25 gün əvvəl də komandamızın düşərgəsinə baxışdan keçmək üçün braziliyalı futbolçular gəlmişdi. Amma heç vaxt onların ölkəmizə daxil olmaları problem olmayıb. Lakin bu dəfə bizə dedilər ki, Barbosa ilə Feliks Azərbaycana daxil ola bilməzlər. Bunun üçün biz hava limanına xüsusi sənəd təqdim etməliyik. Bildirilib ki, bu qərar 3-4 gün əvvəl qəbul olunub. Ona görə də artıq bu gün səhər tezdən Xarici İşlər Nazirliyinə müraciət etmişik. İndi onlardan cavab gözləyirik. Əgər məsələ axşamadək öz həllini tapmasa, hər iki futbolçu ölkəsinə deportasiya olunacaq. Əlbəttə ki, bu məsələ bizi çox narahat edir. Axı bu futbolçular Azərbaycanın idman şərəfini beynəlxalq arenada qoruyurlar. Feliks Avropanın ən nüfuzlu klub turnirində qol vuraraq, “Bakı”nın, Azərbaycanın adını yüksəklərə qalıdırıb. Amma indi onlar belə bir problemlə qarşılaşıblar. Digər tərəfdən də bu amil futbolçulara çox pis təsir edir. Çünki onlar dünən gecədən bu dəqiqəyədək hava limanında qalıblar. Orada isə normal şərait yoxdur. Təsəvvür edin ki, neçə saatdır ki, futbolçular yalnız kiçik bir stulda əyləşiblər. Komandamız 4 gündən sonra Çempionlar Liqasında böyük əhəmiyyət daşıyan oyuna çıxacaq. Məsul oyun öncəsi bu cür hallar komandaya pis təsir edə bilər”.      

Daha çox


Son xəbərlər