Hazırda Norveçdə olan Ağdamın “Qarabağ” klubuna böyük maraq var. Bu mənada diqqətlər daha çox Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun üzərindədir. Qol.Az-ın məlumatına görə, komandamızın Norveçdəki ilk məşqindən sonra yerli jurnalistlər Sadıqovu sual atəşinə tutublar. Rəşad norveçli həmkarlarımızla söhbətində sabahkı oyun və şanslar haqqında danışıb.
- Azərbaycan milli komandasının kapitanısan. Eyni zamanda Türkiyədə legioner həyatı yaşamısan. Son klubunun “Kocaelispor” olmasından da xəbərdarıq. Bəs necə oldu ki, “Qarabağ”a gəldin?
- Mən tam olaraq “Qarabağ”ın üzvü deyiləm. Sadəcə Avropa Liqası matçlarında bu kluba kömək edirəm.
- “Qarabağ” haqqında nə deyə bilərsən?
- Çox gənc və mehriban komandamız var. Heyətdə yer alan hər bir futbolçu özünü göstərmək üçün şans gözləyir. Onlar bu şansı əldə etmək üçün hər şeyə hazırdırlar. Bundan başqa, bizim komandanın çox gözəl rəhbərliyi var. Onlar futbolçular üçün bütün şərait yaradıblar. Bunun nəticəsində son iki ildə stabil və mobil kollektiv formalaşıb.
- Rəqib haqqında nə deyə bilərsən?
- “Rusenborq”un gücü haqqında əlavə nə isə deməyə ehtiyac yoxdur. Sizin klubu bütün Avropa tanıyır. Azərbaycandan fərqli olaraq, hazırda Norveç çempionatının davam etməsi də Tronheym klubuna əlavə üstünlük verir. Bu mənada bizi çox ağır bir oyun gözləyir.
- Baş məşqçiniz Qurban Qurbanovu necə xarakterizə edərdin?
- Gənc, perspektivli məşqçidir. Bir yerdə futbol oynamışıq. Futbolçu kimi çox güclü olub. İnanıram ki, məşqçi kimi də özünü sübut edəcək.
- Şanslar haqqında danışmaq istəmirsən?
- Vətəndə hamı bizim rəqibə layiqincə müqavimət göstərəcəyimizi gözləyir. Onlar inanırlar ki, biz gözəl, baxımlı oyun sərgiləyə biləcəyik. Bu gün mən nəticə haqqında düşünmək istəmirəm. Ola bilər siz yaxşı oynayasınız, amma nəticə pis alına. Yaxud, əksinə, çox pis oynaya-oynaya qələbə qazana bilərsiniz. Bu məndada bizim məşqçimiz həmişə deyir ki, siz yaxşı oynayın. Yaxşı futbol oynasanız nəticə özü gələcək.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı