“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl Qol.Az saytına müsahibə verib. Klub rəsmisi “Qarabağ”ın cari mömsümdəki çıxışları haqda danışıb, komandanın son oyunlar uğursuz nəticələr qazanamasına toxunub
- “Qarabağ” ardıcıl 4 oyundur ki, qələbə qazana bilmir. Buna münasibətinizi bilmək istərdik.
- Bəli, son dörd oyunda qələbə qazana bilməmişik. Üstəlik bir məğlubiyyətimiz də var. Təbii ki, bu nəticə ürəkaçan deyil. Ancaq hələ mövsümün əvvəlidir. Buna görə qazanılan nəticələrdən çox pis olmağa və ya arxayınlaşmağa dəyməz. Nəticələr yaxşı olmasa da, göstərdiyimiz oyunun səviyyəsi bizi qane edir.
- Komandanız son oyunu “Neftçi”yə qarşı keçirdi. Bu qarşılaşma haqda nə deyə bilərsiz?
- Çox gərgin oyun oldu. 90 dəqiqə ərzində hər iki komandanın inamlı mübarizə apardı. Həm biz, həm də “Neftçi” qol vura bilərdi. Birinci hissə “Neftçi”, ikinci hissədə isə “Qarabağ” üstün oldu. Oyunda təkcə qol çatmadı. Əlbəttə qalib gəlmək istəyirdik. Ancaq bizim üçün heç-heçə də pis nəticə deyil.
- “Qarabağ” son vaxtlar enişdə olduğunu demək olar, yoxsa komandanın turnir cədvəlinin ikinci pilləsində olması klub rəhbərliyini qane edir?
- Əlbəttə ki, bizi ancaq ən yuxarı pillədə olmaq qane edə bilər. Ancaq dediyim kimi hələ çempionatın başlanğıcındayıq. Komandanın sərgilədiyi oyun bizi qane edir. Bunu qiymətləndirmək lazımdır. Ancaq turnir cədvəlində mövqeyimiz pis olmasa da, qalibiyyətlərin olmaması bizi qane edə bilməz.
- Komandanızın uğursuz çıxışları klub səviyyəsində müzakirə olunub?
- Əlbəttə ki, bu məsələlər hamısı müzakirə olunur. Baş məşqçi Qurban Qurbanov özü bu barədə lazımi tədbirlər görür.
- Çətin keçən mövsümdə itirilən xalları bərpa etmək “Qarabağ” üçün çətin olmayacaq?
- Bilirik ki, bu, çox çətin olacaq. Ancaq nə etmək olar? Artıq uğursuz oyunlar geridə qalıb. İnşallah gələn matçlarda xal itkisinə yol verməməyə çalışacağıq.
- Keçən mövsümlə müqayisədə bu mövsüm “Qarabağ”ın çempionluq şanslarını necə dəyərləndirmək olar?
- İndidən bu mövzu haqda danışmaq çətindir. Uzun bir marafon olacaq. Bu mövsüm çempion olmaq daha çətindir. Bu, təkcə “Qarabağ” üçün yox, bütün komandalar üçün çətin olacaq.
- Qış transfer pəncərəsinin açılmağına hələ çox qalsa da, indidən yeni futbolçu axtarışına başlanılıb?
- Bizim skauterlər mütəmadi olaraq axtarışdadır. Həmişə bizə təklif göndərirlər. Ancaq transferi həyata keçirməyimizə baş məşqçinin fikrindən sonra klubun idarə heyəti qərar verəcək.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər