Nəhayət, “Karvan”ın ardından “Turan”ın da Premyer Liqada qalacağı dəqiqləşdi. Bunu Qol.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının vitse-prezidenti Məlik Həsənov deyib: “Bəli, bu gün məsələ tam dəqiqləşdi və “Turan” növbəti mövsümdən etibarən Premyer Liqadakı çıxışını davam etdirəcək. Beləliklə, 2009-2010-cu il futbol mövsümü 12 komandanın iştirakı ilə davam edəcək. “Altılıq” sistemi də əvvəlki kimi qüvvədə qalacaq”. Həsənov növbəti mövsümün püşkatma mərasiminin avqustun ilk həftəsində keçiriləcəyini da bildirdi. PFL rəsmisi bəzi məsələlərə də aydınlıq gətirdi. Onun sözlərinə görə, klublar artıq iştirak ərizələrini yeniləməyə başlayıblar. Yəni, onlar yeni futbolçular transfer etdikcə həmin oyunçuların adlarını PFL-in iştirak ərizəsinə daxil edirlər. Bu proses avqustun 31-ə, yəni, transfer pəncərəsi bağlanan günə kimi davam edəcək. Amma yəqin ki, həmin vaxtdan bir-neçə gün əvvələ kimi bütün klublar iştirak ərizələrini PFL-ə təqdim etməli olacaqlar. Həsənov stadion məsələsi ilə ilə bağlı ona ünvanladığımız suala da cavab verdi: “Bəli, bu məsələ də aktuallığını qoruyur. Növbəti mövsümdən etibarən hər klubun ayrıca stadionu olmalıdır və bir arenada yalnız bir komanda ev oyunlarını keçirməlidir. Hər halda biz, bunun belə olmasının tərəfdarıyıq və bunun üçün çalışırıq. Amma konkret hansı klubun hansı stadionda ev oyunlarını keçirəcəyi rəsmi surətdə bizə təqdim olunmayıb. Odur ki, mən də sizə konkret cavab verə bilməyəcəm. Bu məsələ də avqustun əvvəllərində tam dəqiqləşəcək”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2009-2010-cu il futbol mövsümü avqustun 12-də start götürəcək.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?