“Quqlemon hazırda Türkiyədə yox, Bakıdadır. Onun “İnter”də qalıb, yaxud ayrılması məsələsi də hələlik açıq qalır”. Bu sözləri Qol.Az-a “İnter” klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib. O, komandanın uruqvaylı hücumçusu Valter Quqlemonun “İnter”dən qovulmasına və onun artıq “Neftçi” ilə razılığa gələrək, bu klubun düşərgəsinə yollanmasına dair yayılan informasiyalara aydınlıq gətirib. Klub rəsmisi deyilənləri nə təsdiq, nə də təkzib edib: “Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Quqlemonun “Neftçi”yə keçəcəyi də istisna deyil. Yəni, hər şey ola bilər. Amma bir daha deyirəm, uruqvaylı hazırda Bakıdadır”. İsmayılov futbolçunun klubdan ayrılacağı təqdirdə buna səbəb kimi Avropa Liqası çərçivəsində keçirilən son “Spartak” matçını göstərilməsini də düzgün saymır: “Yox, problem heç də bununla bağlı deyil. Odur ki, Quqlemonun məhz “Spartak”la son oyundakı çıxışına görə heyətdən kənarlaşdırılması fikri düzgün deyil. Oyunu tək bir futbolçu uduzmur ki. Komanda məğlub olursa, burada bütün kollektiv günahkardır”. “İnter”in nümayəndəsi “Spartak”la matçın fasiləsində matçı nisbətən yaxşı keçirən Mahir Şükürov və Anxel Qutyerresin, əksinə, zəif oyunları ilə yadda qalan Quqlemon və Əlyar İsmayılovla dava-dalaşa çıxması haqda gəzən söhbətlərə də qısaca münasibət bildirib: “Xeyr, bu düzgün informasiya deyil. “Spartak”la oyunun fasiləsində soyunub-geyinmə otağında futbolçular arasında heç bir dava-dalaş olmayıb”.
Qeyd edək ki, şənbə günü Quqlemonun "Neftçi"nin keçmiş bazasında Junivan Suareslə birlikdə "Standard"ın məşqini izləməyirdi.
"Fənərbaxça"dan gedir
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?