Bu gün Topaz Premyer Liqada 7-ci turun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Günün ilk oyununda "İnter" - "Bakı"nı qəbul edib. Mövsümə uğursuz başlayan "bankirlər" uğursuz seriyalara son qoymaq üçün mütləq qalib gəlməli idi. İşləri heç də pis getməyən "Bakı" isə son turda "Xəzər Lənkəran"a məğlubiyyəti unutdurmaq üçün yalnız qələbəni düşünəcəkdi. Lakin "Şəfa" stadionunda keçirilən paytaxt derbisində qalib müəyyənləşməyib - 2:2.
İkinci oyunda "Neftçi" "Sumqayıt"ı qəbul edib. 6 turdan sonra "Qarabağ"la birgə 13 xal toplayan "ağ-qaralar" qalib gələcəyi təqdirdə turnir cədvəlinin lideri "Qəbələ"ni qabaqlayacaqdı. Ancaq bu oyunda "Neftçi" heç-heçə ilə kifayətlənib.
Günün son qarşılaşmasında isə "Qarabağ" "Simurq"u qonaq edib. Ağdam klubu da son iki oyunda istədiyi nəticəni qazana bilməyib. Ona görə də "Simurq"la oyunda daha diqqətli olub üç xal qazanmağa çalışacaqdı. "Qarabağ" "Sumurq"u məğlub edəcəyi halda, xalını 16-ya çatdıracaq və digər oyunların nəticəsindən asılı olmayaraq turnir cəvəlinin liderinə çevriləcəkdi. Lakin bu qarşılaşmada da Ağdam təmsilçisi qalib gələ bilməyib. Oyun 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, 7-ci tura sentyabrın 22-də keçiriləcək AZAL - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulacaq.
21 sentyabr (şənbə)
Topaz Premyer Liqa, VII tur
19:30. “Qarabağ” – “Simurq” - 0:0
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev
"Dalğa Arena" stadionu.
19:00. “Neftçi” – “Sumqayıt” - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev
8-ci km qəsəbə stadionu.
17:00. “İnter” – “Bakı” - 2:2
Qollar: Əfran İsmayılov, 7-pen (0:1), Aleksandr İaşvili, 29 (1:1), Əfran İsmayılov, 45+1 (1:2), Matiya Spiçiç, 86 (2:2)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov
“Şəfa” stadionu.
22 sentyabr (bazar)
19:00. AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Elman Musayev, Elvin Əsgərov
“AZAL Arena” stadionu.
21 sentyabr
17:00. “Qəbələ” – “Rəvan” - 3:0
Qollar: Daniel Subotiç, 8 (1:0), Vladimir Levin, 9 (2:0), Leonardo da Silva, 53-pen (3:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov
Qəbələ şəhər stadionu.
Turnir cədvəli
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi