Sloveniyada Çempionlar Liqasının hazırlığını davam etdirən “Bakı” bu gün təlim-məşq toplanışını başa vuraraq, sabah Litvaya yollanacaq. Komanda üzvləri əvvəlcə Vyanaya, oradan Riqaya, Latviya paytaxtından isə avtobusla Panevejisə yollanacaqlar. Qol.Az-ın məlumatına görə, “Bakı” Çempionlar Liqasında iştirak üçün UEFA-ya göndərdiyi siyahıya daha bir futbolçunun adını daxil edib. Söhbət komandanın yeni transferi Mendes Barbosandan gedir. Braziliyalı futbolçunun transfer vərəqi yalnız bu gün gəlib. Bir qədər bundan əvvəl isə “Bakı” klubunun rəsmiləri futbolçunun adını UEFA-ya göndəriblər. Yeni komandasında 2 nömrəli formanı daşıyacaq brazilyalı müdafiəçi sonuncu dəfə vətənində “Volta Redonda”nın şərəfini qoruyub.
"Fənərbaxça"dan gedir
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?