Dünən “Qarabağ”ı tərk edən Cəmşid Məhərrəmovun “Bakı”ya qayıdışı zaman məsələsidir. Lakin milli komandamızın da şərəfini qoruyan Məhərrəmovun belə addım atması heç də səbəbsiz deyil. Qol.Az-ın əldə etdiyi məlumata görə, Cəmşid “Qarabağ”a gəldiyi ilk gündən özünü narahat hiss edib. Heç cür Ağdam klubuna alışa bilməyən futbolçu tez-tez komandaya yoldaşlarına “burada qala bilmirəm” deyirmiş. Dünən isə Cəmşid, əşyalarını yığıraq, “mən gedirəm” deyib.
Məhərrəmov artıq “Bakı”dakı keçmiş komanda yoldaşları ilə əlaqə saxlayaraq, geri qayıdacağını bildirib. Futbolçunun bu gün vətənə qayıdacağı gözlənilir.
Qol.Az-ın əldə etdiyi başqa bir məlumata görə, Cəmşid Çempionlar Liqasında “Bakı”ya kömək edə bilməyəcək. Çünki “Qarabağ” futbolçunun adını Avroliqada iştirak üçün UEFA-ya göndərdiyi siyahıya salıb. Bu isə o deməkdir ki, Cəmşid “Bakı”ya çempionlar liqasında yalnız yeni ildə kömək edə bilər ki, bunun üçün də çempionumuz qitənin ən mötəbər klub yarışının 1/8 final mərhələsinə yüksəlməlidir.
"Fənərbaxça"dan gedir
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?