“Öncə onu deyim ki, çox maraqlı oyun oldu. Oyunun təkrarına bir daha İsrail televiziyası vasitəsi ilə baxdıq və kaseti götürüb özünüz də baxa bilərsiniz. Meydanda əsl Avropa futbolu getdi. Biz bilirdik ki, qələbədən başqa yolumuz yoxdur və odur ki va-banka getməli idik. Odur ki, ilk dəqiqələrdən rəqibə açıq futbol təklif etdik. Onlar da bunu qəbul edincə, hər iki tərəf hücum futbolu oynamağa başladı. Mən heç vaxt bəxtdən şikayətlənməyi xoşlamıram, amma həqiqətən də Təl-Əvivdə bəxt bizdən üz döndərmişdi. Rəqibin ilk qolu kruzoy alındı. Rəqib futbolçunun zərbəsindən sonra Rauf Mehdiyev istiqaməti düzgün tapdı. Lakin top Sokolova toxunaraq istiqamətini dəyişdi və qapıdan keçdi. İkinci hissəyə də yaxşı başladıq. Amma yenə çox qəribə bir qol buraxdıq. Rəqib çox gözlənilməz bir vəziyyətdə ikinci topu qapımıza vurdu. “Bney Yehuda”nın futbolçusu topu cərimə zərbəsindən birbaşa qapımıza vurdu. Top çox yuxarıdan gedirdi. Hətta mən də artıq onun qapının üstündən keçəcəyini güman edib üzümü çevirib epizoda sona qədər baxmadım. Həmin top necə getdi, necə qapıdan keçdi, mənə qaranlıq qaldı. Yəni, elə cərimə zərbəsini min dəfə yerinə yetir qapıdan keçməz. İkinci qoldan sonra artıq biz bütün komanda ilə hücuma keçdik və bunun nəticəsində israillilər əks hücumda üçüncü qolu vurdular”. Bu sözləri Qol.Az-a dünən Avropa Liqasının ilkin təsnifat mərhələsinin təkrar matçı çərçivəsində İsraildə yerli “Bney Yehuda”ya 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib. Məmmədov oyunun hakimlərindən də kəskin narazı qalıb: “Görüşü idarə edən çexiyalı hakimlər bizə qarşı çox qərəzli idilər. Qapımıza vurulan ikinci qolda qayda pozuntusu olmaya-olmaya baş hakim qapımıza cərimə zərbəsi təyin etdi. Bundan başqa, hesab 0:1 olarkən Bolkvadzeyə qarşı aşkar kobudluqdan sonra təmiz penaltimizi vermədi. Halbuki, bir hərəkətlə müdafiəçidən sıyrılan futbolçumuz qapıya zərbə vurmaq istərkən rəqib müdafiəçi arxadan onun ayaqlarını yerdən üzdü. Bir epizodda isə Mazyar aşkar şəkildə müdafiəçilərdən 3-4 addım geridə olsa da, yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldı. Təsəvvür edin, avtobusla otelə gedəndə, yolda fikirləşirdik ki, gələn mövsüm avrokuboklara vəsiqə qazansaq hakimləri necə ələ alaq. Həmişə öz hakimlərimizdən narazı qalırıq İsraildəki idarəçiliyi görəndən sonra...”. “Simurq”un prezideni İsraildə onlara qarşı olan münasibətdən də narazı qalıb: “Bizə qarşı yaradılan şəraitdən və göstərilən münasibətdən narazı qaldıq. Hamı, özləri də gördü ki, biz burada onlara necə şərait yaratdıq. Amma orada bunun əksini gördük. Azarkeşlərimiz 20 dəqiqə qapı arxasında qaldılar. Onları stadiona buraxmaq istəmirdilər. Biz burada onların hörmətli qonaqlarına VİP lojada yer vermişdik. Amma orada eyni münasibəti görmədik. Sanki istəmirdilər ki, şərait yaratsınlar. Yaxşı ki, hələ avtobus verdilər yerdə qalmadıq. Bilirsiniz, bizim mentalitetimiz belədir ki, hamıya qarşı qonaqpərvərik. Kim gəlir gözümüz üstə yer veririk. Amma kənarda bizə qarşı belə münasibət olmur”. Bütün bunlara baxmayaraq, Məmmədov “Bney Yehuda” ilə oyunların onlar üçün yaxşı məktəb olduğunu dedi: “İlk dəfə idi avrokuboklarda oynayırdıq. Çox şeyi bilmirdik. Amma bu iki oyundan xeyli dərs götürdük. Ən azından bildik ki, qarşıdakı çempionatda kim komandada qalacaq, kim gedəcək. İndi bütün diqqətimiz növbəti Premyer Liqaya yönəlib”.
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi