Andrey Çernışev “Standard”ınn baş məşqçisi olmayacaq. Qol.Az-ın məlumatına görə, rusiyalı mütəxəssis Sumqayıt klubu ilə razılığa gələ bilməyib və vətəninə yola düşüb. Onun əvəzinə isə litvalı Valdas İvanauskas kluba baş məşqçi gətirilir. Valdasın həftəsonu Azərbaycana gələcəyi gözlənilir. İvanauskas haqqında onu deyək ki, o, keçmiş SSRİ-nin ən tanınmış futbolçularından olub. Futbolçu karyerası ərzində Litvanın “Jalqris” (1984, 1986-89, 1990, Rusiyanın MOİK (1985-89), “Lokomotiv” (1990), Avstriyanın “Austrya” (Vyana)(1990-93), “Austrya” (Zallstburq)(1997-99) Almaniyanın “Hamburq” (1993-97), “Vilhemsafen” (1999-2001), “Kloppenburq” (2001-2002) klublarında oynayıb. Bundan başqa, SSRİ-nin və Litvanın milli komandalarının da şərəfini qoruyub. Baş məşqçi kimi ilk klubu 1999-cu ildə Litvanın “Vetra” klubu olub. 2004-05-ci ildə isə “Kaunas”ın baş məşqçisi olub. 2006-cı ildə isə Şotlandiyanın məhşur “Harts” klubuna rəhbərlik edib. Futbolçu kimi SSRİ çempionatının bürünc (1987), Avstriya çempionatının qızıl (1991, 1992, 1993), Avstriya kubokunun qalibi (1992, 1993), SSRİ millisinin heyətində gənclər arasında Avropa çempionatının gümüş (1984) medallarını qazanıb. SSRİ-nin ən güclü 33 futbolçususu siyahısına düşüb (1989) və Litvanın son 50 ildə yetişdirdiyi ən güclü futbolçusu adına layiq görülüb (2003). “Jalqris”in heyətində 107 oyuna 34, MOİK-in heyətində 32 oyuna 2, “Lokomotiv”in heyətində 16 oyuna 7, “Austriya”nin (Vyana) heyətində 78 oyuna 28, “Austrya” (Zalsburq) heyətində 36 oyuna 7, “Vilhemsafen”ın heyətində 50 oyuna 16 qola imza atıb. Litva millisinin heyətində isə 28 oyuna 8 qol vurub.
"Fənərbaxça"dan gedir
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?