Hazırda Türkiyədə olan Lənkəranın “Xəzər-Lənkəran” klubu Bolqarıstanın “Slaviya” klubunun futbolçusunu transfer edir. Qol.Az-ın məlumatına görə, bu xəbəri Bolqarıstan mətbuatı yayıb. Adıçəkilən klubun baş məşqçisi Velislav Vusovun yerli mətbuata verdiyi açıqlamasına görə, Da Dubalanın ardından Sofiya klubunun müdafiəçisi, Georgə Samokişev də Azərbaycana yollanıb: “Samokişev belə qərar qəbul etdi ki, özünü Azərbaycanda sınasın. Odur ki, bu fikrini mənə söylədikdən sonra klubumuzun düşərgəsindən ayrıldı. Onu məcbur saxlayası deyilik. Georgi peşəkar futbolçudur. Bu gün Bolqarıstanda oynaya bilər, sabah Azərbaycana gedə bilər”. Bolqarıstanlı mütəxəssisin sözlərinə inansaq öncə Bakıya gələn Samokişev ardınca təyyarə ilə Türkiyəyə-Lənkəran klubunun məskunlaşdığı Bolu şəhərinə yollanıb. Samokişev haqqında onu deyək ki, ampluası müdafiəçidir. 1987-ci il fevral ayının 25-də Qose Delçev şəhərində anadan olub. Boyu 189 sm, çəkisi isə 85 kq-dır. Karyerası ərzində yerli “Pirin” və “Lokomotiv” klublarının şərəfini qoruyub. “Slaviya”nın heyətində isə son mövsümdə 7 oyun keçirib və hesabında qol yoxdur. Georgi eyni zamanda 6 oyunda Bolqarıstanın U-21-nin də şərəfini qoruyub.
"Fənərbaxça"dan gedir
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?