Rəşad Sadiqov: "İnter"in zəif çıxışı bizi arxayınlaşdırmır"

Rəşad Sadiqov: "İnter"in zəif çıxışı bizi arxayınlaşdırmır"
GÜNDƏM 12 Sentyabr 2013 / 00:20 1681
-  A +

“Neftçi" klubunun kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının VI turunun “İnter”lə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb.
 
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan təcrübəli yarımmüdafiəçi oyunun asan olmayacağını deyib: “Çətin oyun olacağını bilirik. “İnter”in zəif çıxışı bizi arxayınlaşdırmır. Rəqibə hörmətlə yanaşırıq. Komanda olaraq yalnız qələbəyə köklənmişik. Sabahkı oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq. İnanıram ki, qələbə qazanıb turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracağıq”.

Qeyd edək ki, "Neftçi" - "İnter" oyunu bu gün saat 19:00-da start götürəcək.

Daha çox


Son xəbərlər