Bu gün “İnter” Avroliqanın birinci mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiyanın “Spartak” klubu ilə qarşılaşdı. Qol.Az saat 17:50-dən etibarən respublika stadionundan canlı mətn-reportaj yayımladır. Matçdan sonra futbolçuların, baş məşqçilərin fikirləriylə də saytımızda tanış ola bilərsiniz. Saat 21:00-dan etibarən isə saytımızda "Simurq" - "Bney İequda" matçının canlı mətn-reportajına başlayacağıq.
“İnter” (Azərbaycan) - “Spartak” (Slovakiya) 1:3
Bakı. Tofiq Bəhramov adına respublika stadionu
Hakimlər: Ante Vuçemiloviç, Tomislav Şetke, Dalibor Konjar, İqor Krizariç (hamısı Xorvatiya)
Hakim-inspektor: Yuri Dupanauu (Belarus)
UEFA nümayəndəsi: Joyel Volf (Lüksemburq)
Ilk oyun: 1-2
Artıq komandaların heyətləri məlumdur:
“Spartak”: 1.İvitsa Kralj, 3.Peter Dolezay, 6.Roman Proxazka, 8.Peter Duris, 9.Vladimir Kozuç, 14.Kamil Kopunek, 17.Martin Hruska, 18.Lyuboş Hanzel, 20.Yozef Kotula, 21.Çeik Amdi Queye, 26.İqor Sukennik
Ehtiyat oyunçular: 22.Ladislav Rybanski, 2.Peter Yakubiçka, 4.Tomas Hanzel, 5.Marek Bohaçek, 10.Martiun Zeleznik, 23.Lukas Hlavatoviç, 15.Lyubomir Bernat
Baş məşqçi: Karol Peçe
"İnter" mübarizəni elə ilk mərhələdə dayandırdı.
Matç başa çatdı.
Oyunun sonuna 3 dəqiqə əlavə olundu. Azarkeşlər isə "Neftçi", "Neftçi" qışqırmağa davam edirlər.
88. Zeleznik dördüncü qolu qapıdan keçirə bilərdi. Lakin top qapının az fərqlə üstündən keçdi.
Azarkeşlər isə "İnter"dən başqa bütün komandaları dəstəkləyirlər. "Cim-bom", "Neftçi", "Spartak" - bir sözlə hərə öz sevimli klubunun adını qışqırır. Hətta "İnter"in hücumu zamanı komandanı fitə basanlar da var.
86. Xaqaninin zərbəsini Kralj tutdu.
Bu dəqiqələrdə bütün stadion "Neftçi", "Neftçi" qışqırır
82. "İnter" hücumlarını davam etdirsə də, rəqib qapısı qarşısında təhlükəli epizod yaratmaq mümkün olmur.
79. Cavidin cərimə zərbəsindən vurduğu topu isə Kralj çətinlik çəkmədən tutdu.
79. Karol Peçe daha bir əvəzetmə etdi. Kozuchu Bernat əvəzlədi. Sukennik kimi Kozuch da meydanı yerli azarkeşlərin alqışları ilə tərk etdi.
77. "İnter"in heyətində sonuncu oyunçu dəyişikliyi baş verdi. Valter Quqlemonu Xaqani Məmmədov əvəzlədi.
75. Matçın sonuna 15 dəqiqə qalıb. "İnter"i artıq möcüzə də xilas edə bilməz.
Azərbaycanlı azarkeşlər isə artıq rəqib komandanı alqışlayırlar.
73. "Spartak"ın heyətində daha bir əvəzetmə. Zədələnən Sukenniki Zeleznik əvəzlədi.
71. Asifin daha bir zərbəsini Kralj tuta bildi.
69. "Spartak"ın sürətli əks hücumunun qarşısını "İnter"in müdafiəçiləri son anda ala bildilər.
68. "Spartak"ın heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Hruskanı Yakubiçka əvəzlədi.
66. Asifin zərbəsini müdafiəçilər küncə çıxara bildilər.
65. Sukennik kobud oyuna görə sarı vərəqəylə cəzalandı.
64. Txadadze daha bir dəyişiklik edir. Petar Zlatinovu Asif Məmmədov əvəzlədi.
63. "İnter"in heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Əliyar İsmayılovun əvəzinə meydana Andrey Rubins daxil oldu.
60. Kotulanın uzaqdan zərbəsi qapıdan aralı keçdi.
Görünür, Hanzel qeyri-etik ifadə işlətdiyinə görə qırmızı vərəqə aldı. Buna qədər isə Mahir Şükürov rəqibinə qarşı açıq-aşkar kobudluq etsə də, bu epizod hakimin gözündən yayındı.
58. Rəqib meydanda azlıqda qaldı. Hanzel birbaşa qırmızı vərəqə aldı.
57. Quqlemonun zərbəsini Kralj tutdu.
55. Assiolinin baş zərbəsini son anda Kralj tuta bildi.
54. Quti ikinci qolu vura bilərdi. Lakin müdafiəçi topu uzaqlaşdıra bildi. Künc zərbəsindən isə bir şey alınmadı.
51. Qəribədir ki, "Spartak" hələ də hücumlarına ara vermir. "İnter"in isə artıq növbəti mərhələyə vəsiqə qazanması möcüzə olardı. Çünki bunun üçün komanda qalan dəqiqələr ərzində 4 qol vurmalıdır.
49. QOL. "Spartak" fərqləndi. Proxazka hesabı 3:1-ə çatdırdı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
44. Quqlemonun baş zərbəsi qapının üstündən keçdi.
42. "İnter" dərhal hesabı bərabərləşdirə bilərdi. Lakin Çervenkonun zərbəsi qapı dirəyinə tuş gəldi.
41. QOL. "İnter" artıq uduzur. Kozuch fərqləndi. Növbəti mərhələyə yüksəlmək üçün "İnter" gərək 3 qol vursun.
39. "İnter" yenidən hesabda irəli çıxa bilərdi. Lakin cərimə zərbəsindən ötürülən topa Assioli toxuna bilmədi.
35. QOL. Sukennik hesabı bərabərləşdirdi.
30. Quti ikinci qolu vura bilərdi. Amma Quqlemonun zərbəsi dəqiq alınmadı.
26. Vilson çıxışda dəqiq oynadı.
22. "İnter"in növbəti künc zərbəsi təhlükəli alınsa da, Kralj topu tutdu.
19. "İnter" ikinci qolu vura bilərdi. Cavid ardıcıl iki dəfə fərqlənməyə yaxın idi. Birinci epizodda onun zərbəsini müdafiəçilər qaytarsalar da, ikinci epizodda Hüseynovun başla zərbəsi qapını üstündən keçdi.
17. "Spartak"ın cərimə zərbəsi təhlükəli alına bilərdi. Lakin Vilson çıxışda səhvsiz oynadı.
16. "İnter" qoldan sonra da üstünlüyü əldən vermir.
12. "İnter" artıq hesabda irəlidədir. Çertoqanovun zərbəsindən sonra rəqib qapıçı topu çətinliklə qaytara bildi. Cavidin ötürməsini isə uruqvaylı forvard başla qapıya göndərdi.
12. QOOOOOOOOOOOLLLLLLLLLL. Quti hesabı açdı.
10. Qutinin ötürməsini rəqib müdafiəçilər küncə çıxardılar.
9. Komandamız hesabı aça bilərdi. Lakin Zlatinovun zərbəsindən sonra rəqib qapıçı topu qaytara bildi.
8. Bu dəfə də Quti hesabı aça bilərdi. Lakin rəqib qapıçı topa daha tez yiyələndi. Qutiyə ötürməni verən isə Zlatinov idi.
3. "İnter" ilk ciddi hücumunu qura bilərdi. Lakin Quti topa çata bilmədi.
1. Meydanın mərkəzindən oyuna "İnter" başladı.
Oyun başladı.
***
Oyunun başlamasına 10 dəqiqə qalıb. Stadionda təxminən 6 minə yaxın azarkeş var.
***
Komandalar oyunqabağı son məşqlərini başa vuraraq, paltardəyişmə otağına yollandılar.
***
Hakimlərinn ardınca indi qonaqlar da meydana daxil oldular. Rəqib də oyunqabağı son məşqini keçir.
***
"İnter" artıq meydandadır. Futbolçular azarkeşləri alqışladıqdan sonra sonra, oyunqabağı son məşqlərini keçirlər.
***
Komandaların heyətlərində demək olar ki, heç bir sürpriz isimə rast gəlmədik. Diqqətli oxucularımız dünən saytımızda "İnter"in təxmini start heyəti ilə tanış olublar. Gümanlarımız özünü doğrultdu. "İnter" meydana məhz həmin start heyəti ilə çıxacaq.
***
Matçın başlanmasına bir saatdan da az vaxt qalıb. Arenadakı azarkeşlərin sayında bir o qədər də artım müşahidə olunmur. Əvvəlki kimi arenada təqribən 1000-ə yaxın futbolsevər var.
***
Hazırda stadionda təxminən 1000-ə yaxın azarkeş var. "İnter"i dəstəkləyənlər arasında "Qalatasaray"ın Azərbaycandakı "Ultraslan" və "Kəpəz" fanklubu da var.Çempion "Qarabağ" belə mükafatlandırıldı - Video
"Qarabağ"dan "Kəpəz"ə 3 qol - Video
"Həm sevinirəm, həm də məyus oluram" - Qurban Qurbanov
"Güclünün tərəfində olmaq asandır" - Azər Bağırov
"Qarabağ" "Kəpəz"ə, "Neftçi" "Səbail"ə qalib gəldi
"Neftçi" 3 xalı 3 qolla qazandı - Video
"Yeni mövsümdə başqa komanda olacağıq" - Samir Abasov
"Rəhbərliklə fikirlərimiz üst-üstə düşür" - Elvin Məmmədov
Mahir Emrelidən “Nürnberq”ə het-trikli vida
"Qarabağ" - "Kəpəz" matçı üçün heyətlər
Əminə Əliyeva dünya çempionu oldu
"Neftçi" - "Səbail" : Heyətlər
Çempionun bəlli olacağı turun oyunlarının vaxtı açıqlandı
Superkubokun tarixi bilindi
Braziliya klubundan Ronaldoya təklif
Di Mariya "Benfika"dan ayrılır
"Zirə" büdcəsini açıqladı
1-ci liqada 27-ci turun oyunlarının vaxtı bilindi
"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə 2-ci oldu
Mövsümün son turunun oyunlarının vaxtı açıqlandı
Portuqaliyada çempion bəlli oldu
Naxçıvanda avrokubok coşqusu - Video
Prezidentin nəvəsi dünya çempionatının finalında - Şəkillər
Bundesliqada mövsümə yekun vuruldu
İngiltərə kubokunun qalibi bilindi
"Bayer"in futbolçusu "Liverpul"la anlaşdı
"Turan Tovuz" "Sumqayıt"a belə qalib gəldi - Video
Zirədə 2 qol vuruldu - Video
"Neftçi" sabahkı matça 5 itki ilə çıxacaq
"Araz-Naxçıvan"ın qələbəsindən - Video
Vurğun Hüseynov: "Özümü məşqçi hesab etmirəm"
"Bunları rəhbərliklə müzakirə etməliyik" - Elmar Baxşıyev
Ayxan Abbasov: “Əgər "Şamaxı"da qalsam…”
Rəşad Sadıqov “Sabah”la oyundan danışdı
Benzia Tunis çempionu ilə danışıqlar aparır
Berezutski oyundan razı, nəticədən narazıdır
“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını təmin etdi
Qvardiola: "İngiltərə kuboku əhəmiyyətli deyil"
"Liverpul"da yeni müqavilə - Rəsmi
"Santos"un Neymar qərarı
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər
"Zirə" - "Sabah": Heyətlər
Sumqayıtda heyətlər açıqlandı
Ronaldo yeni klub alır
"Real"dan yeni transfer - Rəsmi