“Azərbaycan klublarından təklif alsam, məmnuniyyətlə gəlib ölkənizdə çalışaram. Amma gərək məni heyətində görmək istəyən klub iddialı olsun, çempionluğa oynasın”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bu gün Avroliqanın birinci mərhələsinin cavab qarşılaşması çərçivəsində “İnter”lə qarşılaşacaq Slovakiyanın “Spartak” klubunun baş məşqçisi Karol Peçe deyib. Peçe bildirib ki, Türkiyədə uzun müddət çalışdığından, ölkəmizdə heç bir problemlə qarşılaşmaz: “Bildiyiniz kimi, 6 ilə yaxın Türkiyədə çalışmışam. Azərbaycanla Türkiyə arasında isə elə bir fərq yoxdur. Ona görə də burada asanlıqla çalışa bilərəm”.
Təcrübəli mütəxəssis şəhərimiz haqda da danışıb: “4 il əvvəl də Bakıda olmuşdum. Amma geridə qalan zaman ərzində şəhəriniz çox dəyişib. Daha da müasirləşib, daha da gözəlləşib. Hiss olunur ki, inkişaf gedir”.
"Fənərbaxça"dan gedir
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər