Fərhad Vəliyev: "Qarabağ"da yorğunluq vardı"

Fərhad Vəliyev: "Qarabağ"da yorğunluq vardı"
ÖLKƏ FUTBOLU 3 Sentyabr 2013 / 15:00 2422
-  A +

“Ardıcıl qələbələrimizi sıralamaq istəyirdik. Liderliyimizi daha da möhkəmlədirməli idik. Axıra kimi döyüşdük. Ancaq təəssüf ki, məğlubiyyətdən qaça bilmədik”

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqanın V turunda AZAL-a məğlub olduqları oyun (0:1) haqda danışarkən deyib.

Təcrübəli qapıçı  məğlubiyyətin səbəblərindən danışıb. Komandasının uduzmağına baxmayaraq ruhdan düşmədiyini bildirib:  “Avroliqa oyunlarndan sonra  futbolçularımızda yorğunluq var idi. Bu da öz sözünü dedi. Öz meydanımızda qalib gəlib, yerimizi möhkəmləndirmək istəyirdik. Əlimizdən gələni etdik. İlk hissədə çox hücum edə  bilmədik. Ancaq ikinci hissə rəqib qapısı önündə daha çox təhlükəli epizodlar yaratdıq. Ancaq oyun göstərdi ki, rəqib bizi çox yaxşı analiz edib. Əsas oyunçularımıza aman vermirdilər ki, istədiyini etsinlər. Top mərkəzdə olan kimi rəqib pressinq tədbiq edirdi. Məğlub olsaq da, AZAL-la xallarımız eynidir. Biz yenə liderik. Ruhdan düşmək lazım deyil. Qabaqda hələ çox oyun var”.

F.Vəliyev  “Qarabağ”ın bu il daha güclü olduğunu vurğulayıb. Qeyd edib ki, komandası çempionluğa layiq  şəkildə çıxış edir: “Bu il yaxşı transferlər etmişik. Qarşımıza qoyulan məqsəd ancaq çempionluqdur. Rəhbərlik də bunu bizə bildirib. Məncə bu heyətlə çempion olmağa qadirik.  Bir qədər fikrimiz Avroliqa oyunlarında oldu. Ancaq Avropada çıxış etdiyimiz vaxtda da, ardıcıl dörd qələbə qazandıq. Bu, “Qarabağ”ın gücündən xəbər verir. İndi artıq bütün fikirlərimizi çempionta yönəltmişik. Komandaları daha yaxşı analiz edib oyunlara hazırlaşacağıq”. 

Daha çox


Son xəbərlər