Sabah Avropa Liqasının ilkin təsnifat mərhələsinin təkrar qarşılaşması çərçivəsində “İnter”in qonağı olacaq Trnavanın “Spartak” klubunun baş məşqçisi Karel Peçe Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərin suallarını cavablandırıb
- Bakıya üstün durumda gəlmişik. Çünki ilk oyunda 2:1 hesabı ilə qalib gəlmişik. Bu üstünlüyümüzdən maksimum yararlanmağı düşünürük. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır.
- Deyilənə görə, komandanızı bir futbolçu tərk edib. Doğru informasiyadır?
- Bəli, doğru informasiyadır. Goulqan artıq komandamızı tərk edib. Onun xidmətində “Strasburq” maraqlıdır və buna görə də Fransa klubuna baxışa yollanıb.
- Əvəzində 2 yeni futbolçu ilə müqavilə bağlamısınız...
- Elədir, bu da doğru informasiyadır. Həmin futbolçulardan biri qapıçı, biri isə hücumçudur.
- İlk oyunda qeydə alınan nəticəni ədalətli sayırsınız?
- Məncə 2:1 ədalətli nəticə idi. Çünki biz, rəqibimizdən bir qədər üstün oyun sərgilədik. Bu mənada qələbəyə layiq olduğumuzu düşünürəm.
- Sabahkı oyun öncəsi komandaların növbəti mərhələ şanslarını necı qiymətləndirirsiniz?
- İlk oyunda qələbə qazandığımızdan həmin üstünlüyü əlimizdən buraxmaq istəmirik. Amma bilirik ki, bunu reallaşdırmaq bizim üçün çox çətin olacaq.
- “İnter” haqqında nə deyə bilərsiniz?
- Çox güclü komandadır. Meydanda sona qədər mübarizə aparırıar. Bilirəm ki, sabah da bizə qarşı layiqincə vuruşacaqlar. Bir sözlə, sabah “Spartak”ı ağır oyun gözləyir.
- Matç öncəsi komandanızda problem yoxdur ki?
- Yox, ciddi bir problemimiz yoxdur. Yeganə itki dediyim kimi, Goulqanın Fransaya yollanması oldu. Qalan hər şey qaydasındadır. Futbolçularım əhval-ruhiyyəsi də əladır.
- Maraqlıdır, “İnter” tərəfindən sizə mətbuat konfransı keçirmək təklif olundu?
- Yox, belə bir təklif olunmadı. Olsa idi yaxşı olardı. Çünki mən özüm də çox istəyirdim ki, sizlər üçün ayrıca mətbuat konfransı keçirim və bütün suallarınıza mənmuniyyətlə cavab verim.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"