Fariz Məmmədov: “Ukrayna və Britaniyadakı döyüşə hazıram” (VİDEO)

Fariz Məmmədov: “Ukrayna və Britaniyadakı döyüşə hazıram” (VİDEO)
GÜNDƏM 30 Avqust 2013 / 14:58 1852
-  A +

Peşəkar bokçumuz Fariz Məmmədov WBO versiyası üzrə sentyabrın 21-də Ukraynanın Xarkov, oktyabrın 26-da isə Boyük Britaniyada keçirəcəyi döyüşün hazırlığını davam etdirir.

Qol.Az-ın məlumatına görə, hazırda Xarkov şəhərində təlim-məşq toplanışında olan F.Məmmədovun rəqiblərinin kimliyi yaxın günlərdə dəqiqləşəcək.

“Hazırda məşqləri yüksək səviyyədə davam etdirirəm. Düzdür, bugünlərdə məşqlərin birində əlimdən zədə almışdım, bu da məni narahat edirdi. İndi isə zədəm düzəlmək üzrədir. Çalışıram, zədələrədən qaçam” – deyə o, müxbirimizlə söhbətində bildirib.

O qeyd edib ki, hazırda rəqiblərinin seçiminin müəyyənləşməsi prosesi gedir: “Kiminlə döyüşəcəyimdən asılı olmayaraq, qarşıdakı görüşlərə hazıram və qələbəyə inanıram”.


Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq