"Fənərbaxça" Çempionlar Liqasında mübarizəni dayandırdı
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Azərbaycanlı azarkeşlərin də diqqətdə saxladığı matç Londonda keçirilib. Burada “Arsenal” “Fənərbaxça”nı qəbul edib. İlk oyunda öz meydanında rəqibinə 0:3 hesabı ilə uduzan Türkiyə təmsilçisinin rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Lakin "Arsenal" bu görüşdə də qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb. "Fənərbaxça" isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
“Avstriya” səfərdə qalib gəldiyi (2:0) “Dinamo”nu (Zaqreb, Xorvatiya) qəbul edib. Bu görüşdə meydan sahibləri rəqibinə 2:3 hesabı ilə uduzmasına baxmayaraq qrup mərhələsinə adlayıb. “Bazel” isə “Ludogorets”i sınağa çəkib. İlk görüşdə 4:2 hesabı ilə qələbə qazanan İsveçrə təmsilçisi yenə rəqibindən üstün olub - 2:0. Digər oyunlarda “Legia” “Styaua” ilə 2:2 bərabərə qalıb. "Şalke" isə səfərdə PAOK-a 3:2 hesabı ilə qalib gəlib.
Sabah keçiriləcək beş oyunla qrup mərhələsinin bütün iştirakçıları məlum olacaq.
27 avqust
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
23:45. “Arsenal” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə) (İlk oyun - 3:0) - 2:0
Qollar: Remzi, 25 (1:0), 72 (2:0)
23:45. “Avstriya” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) (İlk oyun - 2:0) - 2:3
Qollar: Simuniç, 4-avtoqol (1:0), Brozoviç, 33 (1:1), Fernandez, 43 (1:2), Beçiray, 70 (1:3), Kienast, 82 (2:3)
23:45. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) (İlk oyun - 1:1) - 2:3
Qollar: Szalai, 43 (0:1), Athanasiadis, 53 (1:1), Draksler, 67 (1:2), Katsuranis, 79 (2:2), Szalai, 90 (2:3)
23:45. “Bazel” (İsveçrə) – “Ludogorets” (Bolqarıstan) (İlk oyun - 4:2) - 2:0
Qollar: Fray, 11 (1:0), Degen, 79 (2:0)
23:45. “Legia” (Polşa) – “Styaua” (Rumıniya) (İlk oyun - 1:1) - 2:2
Qollar: Stanku, 7 (0:1), Piovakkari, 9 (0:2), Radoviç, 27 (1:2), Rzezniçak, 90+2 (2:2)
28 avqust
21:00. “Zenit” (Rusiya) – “Pakos de Fereyra” (Portuqaliya) (4:1)
23:45. “Seltik” (Şotlandiya) – “Şaxtyor” (Karaqandi, Qazaxıstan) (0:2)
23:45. "Maribor" (Sloveniya) – “Viktoriya” (Çexiya) (1:3)
23:45. “Real Sosyedad” (İspaniya) – “Lion” ( Fransa) (2:0)
23:45. “Milan” (İtaliya) - PSV (Hollandiya) (1:1)