Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Ayntraxt”la qarşılaşan “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb
- Maksimum gücümüzü sərf etdik ki, sizi və azarkeşləri sevindirək. Ancaq düşünmək lazımdır ki, çox güclü komandaya qarşı oynayırdıq. Ən azından belə komandaların Azərbaycana gəlməyi yaxşıdır. Bu da bizim üçün böyük təcrübədir. İnanırdıq ki,ən azından məğlub olmayacağıq. İlk dəqiqələrdən məsuliyyətsizlik etdik. Rəqib elə epizoddan qol vurdu ki, bunun üzərində çox çalışmışdıq. Rəqibin hər bir oyunçusu böyük ustalığa malikdir. Keçən il Avroliqada olmasaq da, bu il şans qazandıq. Ancaq təəssüf ki, bu gün uduzduq. Heç vaxt belə məyus olmamışdım. Ancaq fikirləşməliyik ki, indi-indi belə komandlara qarşı oynamağa başlamışıq. Ən azından cavab oyununda buradakından yaxşı oynayacağıq.
- Ötən illərdə əsasən "Qarabağ"ın heyətini milli oyunçular təşkil edirdi. İndi də sonradan meydana daxil olan yerli oyunçular ümidləri doğrultmadı...
-Bu gün əsasən hazır futbolçuları meydana daxil etmişdik. Sonradan meydana daxil olan futbolçularımız daha enerjili idilər. Buna görə onların oyunu seçildi. Bu səbəbdən tez bir zamanda dəyişiklikləri etdim. Rəqibin ikinci qolu oyunun dönüş nöqtəsi oldu.
- Artıq rəqibi əyani olaraq tanıdınız. Cavab oyununda nə edəcəksiniz?
- İndidən məğlub olmaq daha yaxşı oyun göstərməyə gedəcəyik. Başqa yolumuz yoxdur. Maksimum çalışıb, Bakıdakından yaxşı oyun göstərəcəyik.
- Bu görüşdə ən böyük səhviniz nə oldu?
- Düşünmürəm ki, nəsə səhv etdik. Sadəcə rəqibimiz Bundesliqa komandası olduğu üçün bizə çətin oldu. Azərbaycan çempionatı ilə Bundesliqanı yan-yana qoysaq, hər şey məlum olur.
- “Qarabağ” Borussiya kimi komandalarla oynayıb. “Ayntraxt”la oyunda “Qarabağ” yenə çəkinməlidir?
- “Borussiya”ya qarşı 3 il əvvəl oynamışıq. İndi isə Bundesliqada səviyyə daha da artıb. Onlar hər oyununda 60-70 min azarkeşlər qarşıdsında oynayır. Biz bir addım gedəndə almanlar 50 addım gedir. Bəlkə də “Borussiya” kimi komandalara qarşı oynamasaydıq, indi bu səviyyədə olmazdıq.
- Leroy Corcu niyə əvəzləmədiniz?
- İkinci hissədə Leroyun ustalıq səviyyəsini gördük. Belə bir oyunçunun meydanda olması vacib idi. Ola bilər ki, Leroy texniki səhvlərə yol verdi, amma yəqin ki, o, bugünkü oyunda ən çox qaçan futbolçu oldu.
- Reynaldonun yoxluğunu nə dərəcədə hiss etdiniz?
- Əlbəttə ki, Reynaldonun yoxluğunda komandamızın sürəti aşağı düşür. Son vaxtlar o, yaxşı formada idi. Belə bir oyunda Reynaldo bizə çox lazım idi.
- 0:2 hesablı nəticədən sonra cavab oyununa hansı ümidlərlə gedəcəksiniz?
- Özümüzü aldatmayaq, başqa rəqibə qarşı oynasaydıq, bəlkə də ümidimiz çox olardı.
- Son vaxtlar milli komandaya başçılıq edəcəyinizlə bağlı xəbərlər yayılır...
- Gəlin, milli komanda haqda çox danışmayaq. Onsuz da bu haqda çox müzakirə gedir. Hələ ki, fikrim "Qarabağ"dadır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya