“Almaniya Bundesliqasında çıxış edən komanda haqqında nəsə deməyə ehtiyac yoxdur. Bugünkü görüşdə “Ayntraxt”ı favorit görürəm”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın Avroliqanın pley-off mərhələsində bu gün “Ayntraxt”la (Frankfurt) baş tutacaq ilk oyunu haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis alman klubunu daha şanslı görsə də, “Qarabağ”ı da zəif hesab etməyib. Qeyd edib ki, komandamızın da mərhələ keçmək şansı var: “Bugünkü reallıq ondan ibarətdir ki, “Ayntraxt” daha güclüdür. Çünki həm maddi-texniki bazasına, həm çıxış etdiyi çempionata, həm də oyunçularının ustalıq səvvəsinə görə, alman klubu daha üstündür. Ancaq “Qarabağ”ın 90 dəqiqədə nəyisə dəyişmək üçün gücü var. Komandamız az olan şanslarından istifadə etməlidir. Kubok oyunları iki oyundan ibarət olduğundan gözlənilməz nəticələr ola bilər”.
Ş.Diniyev oyuna proqnoz verməyin çətin olduğunu deyib: “Qarabağ” arxa xəttə ehtiyatlı oynamalıdır ki, qol buraxmasın. Çünki evdə qol buraxmaq təmslçimizin işini çoxçətinə sala bilər. “Ayntraxt” da təcrübəli komandadır, çalışacaq ki, müdafiədə etibarlı oynasın. Bugünkü oyunda gözlənilməz nəticə qeydə alınacağına inanmıram. Cütün taleyinə Almaniyadakı oyunda aydınlıq gələcək”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya