“Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev Avroliqanın pley-off mərhələsinin “Ayntraxt”la (Frankfurt) ilk oyunu ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Sabah “Ayntraxt”la vacib bir oyuna çıxacaqsınız. Oyunqabağı düşərgənizdə ab-hava necədir?
- Şükürlər olsun ki, Reynaldodan başqa heç bir itkimiz yoxdur. Tam heyətlə oyuna hazırlaşırıq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Azarkeşlərimizin dəstəyinin günü-gündən artdığını görürük. Buna görə də daha həvəslə sabahkı oyunu gözləyirik.
- Reynaldonun yoxluğu təsirini göstərə bilər, yoxsa bir nəfərin olmaması “Qarabağ”ı sarsıda bilməz?
- Düşünmürəm ki, onun olmaması “Qarabağ”ın oyununa təsir etsin. Allaha sığınmaq lazımdır. Yəqin qismət belə imiş. Reynaldonun yerinə oynayacaq kifayət qədər futbolçumuz var. Yəni onun yoxluğu bizim üçün sıxıntı olmayacaq.
- Rəqibi nə dərəcədə öyrənə bilmisiniz? Güclü və zəif tərəflərini deyə bilərsən?
- “Ayntraxt”ın 23 yaşlılarına qarşı oynamışam. Yəni bu komandaya yaxşı bələdəm. Oyunlarına da baxmışıq. İndi açıqlamaq istəmirəm, ancaq zəif və güclü tərəflərini bilirik, rəqibi yaxşı öyrənmişik. Komanda şəklində çox yaxşı təsir bağışlayırlar. İddialıdırlar.
- “Ayntraxt”ın bəzi futbolçuları müsahibələrində əminliklə danışırlar, sabahkı oyunda 2-3 qol vurmaq ümidindədirlər.
- Onların belə fikirləri psioxoloji təsirdən başqa bir şey deyil. Onların belə deməsi bizim xeyrimizədir. Çünki belə fikirlər bizə əlavə motivasiya verir. Qoy onlar elə fikirləşsinlər. Sabah biz öz meydanımızda oynayacağıq.
- “Qarabağ”ın əvvəlki rəqibləri də hündürboy idi. Qolları da qapınıza standart vəziyyətdən vurmuşdular. Bu mənada “Ayntraxt”ın həmin üstünlüyündən çəkinmirsiniz?
- Gördüyünüz kimi dediyiniz rəqiblərin öhdəsindən gələ bilmişik. Bizdə də standart vəziyyətlər zamanı yaxşı oynayan futbolçular var. Sadəcə, əsas çalışmalıyıq ki, rəqibə standart vəziyyətlər verməyək. Sabah əsas işimizin biri bu olacaq.
- Rəqibiniz Bundesliqada “Herta”ya böyük hesabla məğlub olsa da, “Bavariya” ilə oyunda yaxşı təsir bağışladı. Yəni Avropa nəhənglərindən olan komandaya qarşı inamlı müqavimət göstərdi.
- Ayntraxt” “Herta”ya uduzanda hamı deyirdi ki, bu komanda zəifdir. Ancaq belə şeylərə aldanmaq olmaz. Çünki həmin oyun çempionatda birinci tur idi. Ola bilsin ki, komandada müəyyən hazırsızlıq olub. Ancaq fikir verirsizsə, rəqibimiz get-gedə öz oyununu tapır.Bilirik ki, güclü komandaya qarşı oynayacağıq.
- Sabahkı oyunda “Qarabağ” ənənəvi hücum futboluna üstünlük verəcək?
- Çalışacağıq ki, ehtiyatı əldən verməyək. Ancaq lazımi qədər hücumlarda aktiv olacağıq. Çünki qol vurmalıyıq.
- Hansı nəticə “Qarabağ”ın səfərə bir qədər rahat getməsinə səbəb ola bilər?
- Qapımızı toxunulmaz saxlayaraq ən azı bir qol vursaq, əla olardı. Yəni qol buraxmasaq, cavab oyununda bizim üçün rahat olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır