“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
-“Neftçi” çempionata yaxşı start verdi, ardıcıl üç qələbə qazandınız. Komandanızda hazırda ab-hava necədir? Bu qələbələr Çempionlar Liqasındakı uğursuzluğu unutdura bilibmi?
- “Skenderbeu” komandasına uduzandan sonra artıq həmin oyunu unutduq. Yəni nəinki üç qələbədən sonra, çempionat başlayanda biz hər şeyi unudub qarşıdakı oyunlara motivasiya olmağa başladıq. Şükürlər olun ki, komandamız sarsılmadı, çempionatda da hələ ki, yüzfaizli nəticə qazanmışıq. Buna görə də komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Son uğurlu nəticələrimiz “Skenderbeu”ya məğlubiyyətə üzülən azarkeşlər üçün təsəllidir. Ancaq hər şey qabaqdadır. Qarşıda bizi çətin oynunlar gözləyir. Ardıcıl qələbələrə görə rahatlaşmaq olmaz.
- Topaz Premyer Liqanın III turunda “Simurq”la qarşılaşdınız və 1:0 hesabı ilə qalib gəldiniz. Gərgin və maraqlı oyun haqda fikirlərini bilmək istərdik.
- Doğrudan da çətin oyun oldu. “Simurql”a oyunlarımz həmişə gərgin keçir. Məncə, maraqlı oyun alındı. Komandamız 10 nəfərlə qalmasına baxmayaraq əzmkarlıq göstərərək üstünlüyümüzü qoruya bildilər. Futbolçularımız həmin oyunda can qoydular.
- Görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə aldın. Həmin epizodla bağlı nə deyə bilərsən?
- Hakim qırmızı vərəqə verə bilərdi, verdi də. Bununla bağlı hakimə heç bir irad bildirmədim. Oyundan sonra da heçnə demədim. Hakimin qərarı ilə razıyam. Ancaq başqa epizodlar var idi ki, onlarla razı deyiləm.
- “Neftçi” tərəfi ümumən hakim idarəçiliyindən narazı qalıb.
- Bəzi epizodlarda hakim mübahisəli qərarlar verdi. Rəqibin futbolçusu əl ilə oynadığı epizodda hakim sarı vərəqə verməli idi, ancaq vermədi. Hansı ki, futbolçunun ikinci sarı vərəqəsi olacaqdı və o meydanı tərk edəcəkdi.
- Baş məşqçi vəzifəsini hələ ki Tərlan Əhmədov icra edir. Onunla çalışmaq necədir?
- Çox gözəl. Tərlan müəllim hər şeydən əvvəl futbolçunu başa düşür. Nə istədiyimizi, harda bizə çətin, harda asan olacağını yaxşı bilir. Bu da futbolda böyük şərtdir. Ona görə də onunla işləmək asandır.
- Tərlan Əhmədovun “Neftçi”də baş məşqçi kimi qalıb işləməsini istərdiniz?
- Əlbəttə. Mənə elə gəlir ki, bütün futbolçularımız bunu istəyir. Neçə vaxtdır Tərlan müəllim komanda ilə bir yerdədir. Həm də onunla yaxşı nəticələr qazanmışıq.
- Növbəti oyununuz "Xəzər Lənkəran"ladır. Komandanızın səfərdən hansı nəticə ilə dönməsinə ümid edirsən?
- Çox istərdim ki, bu oyuna mən də çıxım. Təəsüf ki, cəzalı olduğum üçün iştirak edə bilməyəcəm. Ancaq futbolularımıza güvənirəm. İnanıram Lənkərandan qələbə ilə qayıdacaqlar.
- “Xəzər Lənkəran” son vaxtlar eniş nöqtəsindədir. Qalib gələcəyinizə əminlik bunala bağlıdır?
- Xeyr. Heç vaxt rəqiblərimizin turnir cədvəlindəki yerlərinə fikir vermirik. Oyunumuzu buna görə qurmuruq. Bizə qarşı nəinki “Xəzər Lənkəran”, bütün komandalar var gücləri ilə oynayır.
- Artıq çempionatda 3 tur arxada qaldı. Hansı komandaların çıxışı diqqət çəkən oldu? Çempionluq yolunda “Neftçi”yə əngəl ola biləcək komandalardan hansını qeyd edə bilərsən?
- İndidən bunu demək biraz tezdir. Ancaq 3 tur ərzində “Qarabağ” və “Qəbələ”nin oyunu daha çox diqqət çəkir.
- Mütəxəssislər “Neftçi”yə rəqib kimi yalnız “Qarabağ”I göstərir, sən necə fikirləşirsən?
- “Qarabağ” çox güclü komandadır. Hər il çempionluğa iddialı olur. Ancaq bizə rəqib kimi tək “Qarabağ”ı göstərmək olmaz. Qarşıda oyunlar var. Bilmək olmaz ki, bundan sonra hansı komanda necə çıxış edəcək.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı