“Klublarımızın əcnəbi məşqçilərə üstünlük vermələrini heç cür başa düşə bilmirəm. Axı, onların bizdən nəyi üstündür?” Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri futbol mütəxəssisi Nadir Qasımov deyib. Hazırda işsiz olan mütəxəssis klubların yerli məşqçilərə güvənməmələrinin səbəbini anlaya bilmədiyini söyləyib: “Ölkəmizə gələn əcnəbilər bizdən üstün olsalar, dərd yarı. Axı, Azərbaycana gələn məşqçilərin böyük əksəriyyəti - istər klub, istərsə də millidə çalışanlar demək olar ki, heç vaxt karyeralarında uğur qazana bilməyiblər. Məsəlçün bu günlərdə “Standard” klubu Rusiyadan məşqçi gətirdi. Onun karyerasına diqqət yetirsək, görərik ki, 2003-cü ildən bu yana o heç bir uğur əldə etməyib. Üstəlik karyerası aşağıya doğru enib. Əvvəl “Spartak” kimi klubda çalışsa da, sonradan aşağı liqa klublarında işləyib. Sonuncu iş yeri də bilmirəm, ikinci, ya üçüncü liqa klubu olub. Başa düşə bilmirəm ki, bizim klub başçıları əcnəbilərdə nə görüblər? Əcnəbi bura gələn kimi, özüylə birgə futbolçu, məşqçi, həkim, masajist, az qalır ki, nəvə-nəticəsini də gətirsin. Çox demirəm, xaricilərə yaradılan şəraitin 50 faizi bizə, yerli məşqçilərə yaradılsa, bu, daha faydalı olar. Bir müddət əvvəl Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”a, Vaqif Sadıqov milliyə qayıtdı. Buna görə də çox sevindim. Düşündüm ki, yəqin bundan sonra digər işsiz məşqçilərimizə - mənə, Böyükağa Hacıyevə və başqalarına da təklif gələr. Amma ortada bir şey yoxdur. Götürək “İnter”i. 4-5 il ərzində bu komandada neçə məşqçi işləyib? Hər gələn də öz tanıdığı futbolçularını yığıb, gətirib Azərbaycana. Ortada nəticə yoxdur. Ara yerdə Azərbaycanın pulları gedir. Başa düşə bilmirəm ki, azərbaycanlı məşqçilər haqda mənfi fikir klub prezidentlərində haradan yaranıb?”
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı