“Ayntraxt”ın Bakıya gələcəyi tarix açıqlandı

“Ayntraxt”ın Bakıya gələcəyi tarix açıqlandı
ÖLKƏ FUTBOLU 18 Avqust 2013 / 13:34 3006
-  A +

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt”ın Bakıya gələcəyi tarix açıqlanıb. Qol.Az-ın Frankfurt klubunun saytına istinadən yaydığı məlumata görə, komanda Bakıya çarter reysi ilə oyundan bir gün əvvəl, avqustun 21-də gələcək.

“Aytraxt”la bərabər bu klubun azarkeşləri də komandayla eyni təyyarədə Bakıya təşrif buyuracaq. Klub bunun üçün azarkeşlərinə xüsusi paket də təklif edib. Bir azarkeşin ölkəmizə gəlməsi, viza rüsumu, Bakıda bir günlük gecələməsi, oyuna baxması və matçdan sonra “Aytraxt”la birgə Almaniyaya dönməsinin ümumi qiyməti 990 avro təşkil edib.

Daha çox


Son xəbərlər