AFFA-nın hakimlikdən kənarlaşdırdığı FİFA referisi Babək Quliyevin ötən həftə keçirdiyi mətbuat konfransında AFFA-nın Hakimlər Komitəsinin rəhbərliyi barəsində səsləndirdi sərt ittihamlar hələ də mətbuatın müzakirə mövzusudur. Bu proseslə yaxından maraqlananlar B.Quliyevin bütün mətbuat konfransı ərzində əsasən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu hədəf seçməsindən xəbərdardır.
Təbii ki, dünyanın butun ölkələrində olduğu kimi, Azərbaycan futbolunda hakimlikdən narazılıq həmişə olub, var və yəqin ki, bundan sonra da olacaq. Amma keçmiş rəhbərinə qarşı bu sayaq hücumu az-az adamların timsalında görmək olardı. Məsələn, B.Quliyev açıq şəkildə bəyan edir ki, Xaqani Məmmədov ondan rüşvət istəyib, o da rüşvəti verib. Hüquqa az-çox bələd olan insanlar bilirlər ki, təkcə bu ifadəsinə, yəni rüşvət verdiyini etiraf etdiyinə görə B.Quliyev cinayət məsuliyyəti daşıyır. Hərçənd, gərəkərsə bu məsələni araşdırmaq artıq bizim yox, hüquq-mühafizə orqanlarının üzərinə düşür.
Məsələnin başqa bir tərəfinə diqqət yetirək. Babək Quliyev deyir: «Xaqani Məmmədov «Bakı»yla oyunda «Qarabağ»a kömək etmək barədə mənə tapşırıq verdi». Ümumiyyətlə, «Qarabağ»la bağlı məsələ görünür, Babək Quliyevin yaralı yeridir. Bu sözlərlə referi «Qarabağ»ın halal haqqına gölgə salmaqla yanaşı, komandanın ölkə çempionatındakı uğurlarında, Azərbaycan kubokunu qazanmasında «yuxarılar»ın rolunun olmasına işarə vurur. Amma gəlin görək, bu məsələdə hədəf təkcə «Qarabağ» klubudurmu? Təbii ki, yox! Xaqani Məmmədovla «Qarabağ»ın olmayan ilişgisini qabartmaqla Babək Quliyev birinci növbədə Hakimlər Komitəsinin sədrini, sonra isə çempionatın və kubok oyunlarının keçirilməsinə birbaşa məsuliyyət daşıyan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi hədəf seçir. Belə bəyanatla o, digər klubları Hakimlər Komitəsinə və PFL-ə qarşı qaldırmağa can atır. Məqsəd isə aydındır, yazılan ssenarini icra etmək, futbol dairələrində özünə və bu işin sifarişçilərinə dəstək toplamaq, son nəticədə Xaqani Məmmədovun istefasına nail olmaq.
Babək Quliyevin bu mətbuat konfransını növbəti mövsümə hazarlaşan hakimlərin təlim-məşq toplanışı ərəfəsində səsləndirməsi də diqqətçəkən məqamlardandır. Belə görünür ki, Babək Quliyev hakimliyə qaytarılacağına ümid bəsləyib, ona görə neçə vaxtdır sakit dayanıb. Hakimliyə qaytarılmayacağıyla barışdıqdan sonra isə əlində olan «faktları» açmağa başlayıb. Babək Quliyevin özünün ifasiylə desək, artıq o, bu mübarizə də öz qəbrini də qazıb.
Təbii ki, bu mübarizə kiminsə fiziki itkisiylə nəticələnməyəcək və bunu heç arzulamırıq da.
Amma səsləndirdiyi son bəyanatlar bir həqiqəti ortaya qoydu: Babək Quliyev ən azı Hakimlər Komitəsinin və PFL-in indiki rəhbərliyi dövründə hakimliyə qayıtmaq üçün cüzi şansının üstündən birdəfəlik xətt çəkdi.
Necə deyərlər, öz «qəbrini» öz əliylə qazdı…
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı