“Qarabağ”a şad xəbər

“Qarabağ”a şad xəbər
ÖLKƏ FUTBOLU 13 Avqust 2013 / 12:03 5856
-  A +

Topaz Premyer Liqanın birinci turunun “İnter”lə oyununda rəqib futbolçu ilə oyunda beyni silkələnən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda artıq məşqlərə başlayıb. Qol.Az-ın məlumatına görə, iki gün öncə komandasının hazırlığına qoşulan braziliyalı futbolçunun durumu get-gedə yaxşılaşır. Hələlik o, yüngül məşqlər etməklə kifayətlənir.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına bildirib ki, Almeyda Avroliqanın pley-off mərhələsinin avqustun 22-də Bakıda Almaniya “Aytraxt”ında qarşı ilk oyununda meydana çıxa biləcək.

Xatırladaq ki, “Qarabağ”ın bu mövsüm avrokuboklardakı uğurlarında böyük pay sahibi olan Almeyda “İnter”lə matçda beyni silkələndiyi üçün Avroliqanın üçüncü təsnifat mərhələsinin İsveçdə “Gefle”yə qarşı keçirilən cavab görüşünü buraxmalı olmuşdu.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə