"Qarabağ"ın məşqçisi: "Hamımız milli komanda üçün çalışırıq"

"Qarabağ"ın  məşqçisi: "Hamımız milli komanda üçün çalışırıq"
GÜNDƏM 11 Avqust 2013 / 23:10 3546
-  A +

“İlk hissə istədiyimiz kimi alınmadı. 2-ci hissədə isə daha yaxşı oynadıq. Vaxtında vurulan qollar oyunun nəticəsində özünü göstərdi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov "Sumqayıt"la oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib. 

O, Avroliqanın "pley-off" mərhələsində "Ayntraxt"la oyun ərəfəsində "Qarabağ"ın beş futbolçusunun milli komandaya çağırılmasına münasibət bildirib: "Milli komandanın oyunu ilə əlaqədar olaraq toplanışa çağrılmış oyunçularımıza görə AFFA-ya müraciət etməyəcəyik. Hamımız milli komanda üçün çalışırıq”.

Daha çox


Son xəbərlər