Qara Qarayev: "Qarabağ"ın gücünə hamı bələddir"

Qara Qarayev: "Qarabağ"ın gücünə hamı bələddir"
ÖLKƏ FUTBOLU 10 Avqust 2013 / 00:01 9978
-  A +

“Ayntraxt” klubunun 19 və 23 yaş qrupları ilə oynamışam. Bu komanda çox güclüdür”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev komandasının Avroliqanın “pley-off” mərhələsində Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna rəqib olması haqqında danışarkən deyib.

Gənc və perespektivli futbolçu  arzuolunmaz rəqiblə düşdüklərini desə də, Almaniya klubundan çəkinmədiklərini bildirib. Qeyd edib ki, mübarizəni dayandırmaq fikirləri yoxdur:  “Çalışacağıq əlimizdən gələn hər şeyi edək ki, qalib gələk.  Geriyə yol yoxdur. Qrup mərhələsinə düşmək üçün şans yaranıb. İki dəfə “pley-off”da mübarizəni dayandırmışıq. Ancaq bu dəfə qrup mərhələsinə adlaya bilərik. Bunu bacara biləcək heyətimiz var.”Qarabağ”ın necə futbol oynamağına, gücünə hamı bəllidir. Vaxtilə məğlubiyyətə baxmayaraq, “Borussiya” ilə də yaxşı oynamışıq”.

Q.Qarayev qeyd edib ki, ilk oyun səfərdə olsa, daha yaxşı olardı: “Komandamız səfərdə də, yaxşı təsir bağışlayır. İlk oyun səfərdə olsa, bizim üçün daha yaxşı olardı. Çünki səfərdən sərfəli nəticə ilə qayıdıb, öz meydanımızda rahat oynayardıq. İndi isə səfərə yaxşı nəticə ilə getməyə çalışacağıq. Mərhələni keçmək üçün oynayacağıq”. 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu