"Gefle"nin hücumçusu: "Qarabağ"ı saxlamaq mümkünsüz idi"

"Gefle"nin hücumçusu: "Qarabağ"ı saxlamaq mümkünsüz idi"
GÜNDƏM 9 Avqust 2013 / 01:44 5000
-  A +

"Qarabağ" çox güclü rəqibdir. Onlar hər iki oyunda bunu sübut etdilər. Rəqibdən top almaq çətin idi. Buna görə də oyunumuz alınmadı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Gefle" klubunun hücumçusu Yohan Oremo "Qarabağ"la oyundan sonra (0:2) deyib.

İsveçli forvard "Qarabağ"ı saxlamağın mümkünsüz olduğunu bildirib: "Rəqib topu özündə çox yaxşı saxlayırdı. Bəzi futbolçuların fərdi ustalıq səviyyəsi nəzərə çarpırdı. Onları saxlamaq da demək olar ki, mümkünsüz idi".

Qeyd edək ki, hər iki oyunda "Qarabağ"a uduzan (0:1), 0:2) "Gefle" klubu Avroliqada mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər