“Qarabağ” klubu bəyanat yayıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi internet saytında yerləşdirilən bəyanatda qeyd olunub: “Son günlərdə ölkə idman gündəmində heç də xoş olmayan müddəalar ovqatları təlx etməkdədir. Ölkənin futbol klublarının avroliqada çıxışı astanasında nəfsinin, tamahının ucbatından olaylara kənardan baxmağa məcbur olan birisi verdiyi açıqlamalarla, aydan arı, sudan duru təəssüratı yaratmaqla məsumluq cildinə girib ictimayyətin diqqətini özünə cəlb etməyə çalışır.
Deyirlər, milçək bir şey deyil amma könül bulandırır. Amma bəzən könülü bulandırmır, iyrəndirir. “Qarabağ” Futbol Klubu dəyanət nümayiş etdirərək uzun müddət əməlləri ucbatından bu gün mətbuat konfransı keçirməyə məcbur olan (!) sabiq FİFA referisi Babək Quliyevin sərsəm fikirlərinə etinasız yanaşmaqla sabiq hakimin sadəcə cəfəngiyyat uydurduğunu göstərməyə çalışdı. Lakin, Quliyevin mətbuat konfransında işlətdiyi bir cümlə səbəbindən ləyaqətimizi qoruyaraq dəyərli mediamıza və ictimaiyyətə açıqlama vermək lüzumunu gördük.
Sabiq referi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “Qarabağ”ı “dart”dığını və nəticədə “Qarabağ”ın kubok aldığını deyib. Cənab referi bilirmi ki, o bu sözlə 50 nəfərlik “Qarabağ” FK-nın kollektiviin əməyini və komandanı dəstəkləyən 1 milyon məcburi köçkünün duyğularını təhqir edir?! Biz bu cümləyə duyğu “tel”i yaratmaq istəmirik. Amma, Ağdamda oyunlar keçirildiyi zaman “Qarabağ”ı izləmək üçün daş-divar, bilməyən saatlarla öncə stadiona gələn insanları Ramin Musayev gətirmişdi ora yoxsa “Qarabağ” komandasına olan inam və ya sevgi? Yoxsa kubokun finalında ölkənin ən ucqar nöqtələrindən komandanı dəstəkləmək üçün gələnlər bəlkə də həyatı boyu adlarını eşitmədikləri şəxsə görə gəlmişdilər? Meydana çıxıb tər tökən, ailəsi üçün çörək qazanan futbolçuların ahının Quliyevin nəfsində partlayacağından qorxmurmu, Babək bəy?!
“Qarabağ” son 2 ildə ləyaqətini, təmizliyini sübut etdi. Bunu vurğulamaq bəlkə də düzgün deyil. Amma məhz “Qarabağ” ləyaqəti tapdalamadığı üçün son iki ildə çempionun kimliyini müəyyənləşdirib. Bunudamı öz gücümüzə etməmişik? Bunu damı Ramin Musayev edib? Axı, Ramin Musayev “Qarabağ”ı dartıb nə edib, cənab sabiq hakim! Bəlkə, meydana çıxıb “Qarabağ”ın uğurları üçün tər töküb? Biz Ramin Musayevi müdafiə etmirik. Biz haqqımızı müdafiə edirik!!
Bəli, Ramin Musayev “Qarabağ”a kömək edib. Azğınlaşmış nəfsinin güdazına getməyin məhz Musayevin ədaləti bərpa edərək səni hakimlikdən uzaqlaşdırması oldu. Buna qədər hakimlikdən qan ağlayan klublar dürüst hakimliyin şahidi oldular. Quliyev hakimlikdən uzaqlaşdırılmasından sonra hansısa bir klubun hakimlikdən şikayət etdiyini gördünüzmü? Bəli, bu Musayevin nəinki, “Qarabağ2a eyniylə “Bakı”ya, “İnter”ə, “Xəzər-Lənkəran”a etdiyi yaxşılıqdır.
Bu gün “Qarabağ” avroliqaya hazırlaşır. Rəqib Avropada hər kəsin tanıdığı “Rosenborq”dur. Komandamızda hər kəs bir hədəfi köklənib: “Qarabağ”ı Avropada ən layiqli sürətdə təmsil etmək. Belə bir məqamda hansısa səhvi ucbatından cəzalandırılmış hakim “Qarabağ”ın kuboku PFL-in prezidentinin yardımıyla aldığını qeyd edir. Niyə məhz bu məqamda? Sizə elə gəlmir ki, bu təsadüfi deyil? Bir adam öz diliylə rüşvət verdiyini deyirsə, hansı ədalətdən, dürüstlükdən danışır? Sol əllə rüşvəti verən sağ əllə rüşvəti almasında heç bir problem yoxdur. İndi rüşvətə bağlılığını etiraf edən şəxs “Bakı”ya məddahlıq etməklə özünə tərəfdaş qazanmaq istəyir? Quliyev bilmirki, ətlə dırnağın arasına girən iylənib çıxar? Həm “Bakı”, həm də “Qarabağ”ın ölkə futbolu üçün etmək istədikləri göz qabağındadır. Hər 2 klub ölkə futbolu üçün bir qəpik qazanc güdmədən xərclədiyi pulların bir məqsədi var – Azərbaycan futbolunu fayda vermək. Quliyev isə, fərdi və cılız təfəkkürü ilə ümumbəşər ideyaları parcalaya biləcəyini sanır?
Bu ölkə vaxtilə Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlər yetişdirib. Məsumiyyət pərdəsinə bürünən Quliyev isə bu zirvəyə çatmaqdan ötrü başqa yollara əl atmağa çalışır. O çox gözəl başa düşür ki, heç kim Babək bəyə onun qeyri-qanuni yollardan mütəmadi olaraq istifadə etdiyini deməyəcək. Bu Quliyevdən çəkinmək səbəbindən deyil, sadəcə, qozbeli qəbir düzəldər məsəlinə olan inamıdır. Yəqin, əlavə şərhə ehtiyac yoxdur.
Yenə də qeyd edirik ki, Quliyevin ardıcıl cəfəngiyyatlarına cavab vermək niyyətdə deyilik. Sadəcə, hal-hazırda bütün kollektivlə Türkiyədə olan komandamız Avroliqaya köklənib. Bu klubumuzun məsələylə bağlı sonuncu münasibətidir. “Qarabağ” Futbol Klubunu Babək Quliyevlə mübarizə aparmaqdan daha vacib məsələlər maraqlandırır. Sabiq referinin sadəcə acı gülüş yaradan hərəkətlərini və açıqlamalarını təbəssümlə qarşılayarıq. Amma, hər halda bir şeyi də unutmaq lazım deyil ki, sirkə nə qədər tünd olsa özü qabını sınıdırar. Quliyev bir şeyi də unutmasın ki, qəbirlə məzar arasında böyük fərq var. Quliyevin əməlləri ictimayyətə açıqlansa hər halda məzara ehtiyac qalmayacaq. Qəbir isə..."
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı