Qurban Qurbanov: "Sona qədər döyüşmək lazımdır"

Qurban Qurbanov: "Sona qədər döyüşmək lazımdır"
GÜNDƏM 8 Avqust 2013 / 02:20 3440
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın III təsnifat mərhələsinin  "Gefle" ilə cavab oyunuöncəsi açıqlama verib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi cavab oyunun heç də asan keçməyəcəyini deyib: "ilk oyunda göstərdi ki, sıradan bir komanda deyil. Bizimlə doğma meydanda başqa cür oynayacaqlar.  3-4 fərqli sxemli  oyun üslübları var. Hər bir şeyə hazır olmalıyıq.
 
90 dəqiqə, lazım olsa daha çox oyun intizamını pozmamalıyıq.  Tur  üçün mübarizə aparacağıq. Amma sona qədər döyüşmək lazımdır. Rəqib uzunboylu futbolçulardan ibarətdir. Bundan istifadə etməyə çalışacaqlar. İstənilən halda biz də öz oyunumuzu göstərməyə çalışacağıq".

Daha çox


Son xəbərlər