AFFA Qurban Qurbanovu cəzalandırdı

AFFA Qurban Qurbanovu cəzalandırdı
ÖLKƏ FUTBOLU 6 Avqust 2013 / 12:57 5014
-  A +

AFFA İntizam Komitəsi bu gün keçiridiyi iclasda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova cəza kəsib.

Qol.Az-ın xəbərinə görə, buna Ağdam klubunun çalışdırıcısının Topaz Premyer Liqanın avqustun 4-də keçirilən I turunun “İnter” – “Qarabağ” matçının 90-cı dəqiqəsində texniki zona qaydalarını pozması səbəb olub.

AFFA bu səbəbdən baş məşqçini bir oyunluq cəzalandırıb, klub 1000 manat cərimə olunub.


Qeyd edək ki, Q.Qurbanov futbolçusu Riçard Almeyda başından zədə alarkən baş hakim Rəhim Həsənovun həkimləri meydana gec buraxması səbəbindən belə addım atıb.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu