Bildiyiniz kimi, 4 ay bundan əvvəl oyunlarda neqativ hallara yol verdiyinə görə hakim Babək Quliyev qeyri-müəyyən müddətə qədər hakimlikdən kənarlaşdırılıb. Əslində qovulub. Dünən bu hakim mətbuat konfransı keçirib AFFA ilə, Peşəkar Futbol Liqası ilə və Azərbaycan futbolunun önəmli şəxsləri - AFFA-nın hakimlər komitəsinin sədri Xəqani Məmmədov və PFL-nin prezidenti Ramin Musayev - haqqında iftiralar söyləyib.
Hədəfə götürdüyü komanda da «Qarabağ» olub. Guya Xəqani Məmmədov Babək Quliyevə deyibmiş ki, «Qarabağ» mütləq «Bakı»ya qalib gəlməlidir. O da cavab verib ki, mən «meymunluq» edə bilmərəm.
Əvvəla, hakimlər həqiqətən oyun vaxtı hər hansı bir komandaya zərbə vura bilirlər. Penalti verməyə bilirlər, yalançı penalti verirlər, lazımsız qırmızı vərəqə çıxarırlar və sair və ilaxır. Və Babək Quliyev də yəqin ki, hakimlik müddətində bunlardan çox istifadə edib. Elə bunun nəticəsində də hakimlikdən qovulub. İndi günahı özündə axtarmır, günahı AFFA-da, Xəqani Məmmədovda, Ramin Musayevdə axtarır. Və əlində heç bir dəlil, sübut, fakt olmadan hətta kimisə rüşvətxorluqda suçlayır ki, bu böhtana görə onu cinayət məsuliyyətinə cəlb edə bilərlər.
Ramin Musayevin də, Xəqani Məmmədovun da Azərbaycan futbolunun inkişafında xüsusi xidmətləri var, bunu heç kim dana bilməz.
Ağdamın «Qarabağ» komandasının 16 ildən sonra yenidən doğma Ağdama qayıtmasına görə də təkcə ağdamlılar deyil, Qarabağ camaatı da AFFA-nın prezidenti Rövnəq Abdullayevə və PFL-nin prezidenti Ramin Musayevə özlərini həmişə borclu sayırlar.
«Qarabağ»ın Vətənə dönməsi əhalidə böyük bir ruh yüksəkliyi yaratdı. «Qarabağ»ı hələ Yevlaxda minlərlə adam qarşıladı və həmin minlərlə adamın müşayiəti ilə də «Qarabağ» Quzanlıya gəldi. Komandanın avtobusunun önünə belə bir lövhə vurulmuşdu: «Bu gün Quzanlıya, sabah Ağdama».
Və ən qəribəsi budur ki, neçə illərdi Avropa çempionatlarına qatıla bilməyən «Qarabağ» ayağı Ağdam torpağına dəyəndən sonra nəhayət, yenə Azərbaycan Kubokunu aldı və Avropaya yolunu açdı. Bu ilahi bir şeydi.
Amma nədənsə Babək Quliyev ən çox «Qarabağ» komandasını qaralayıb.
Babək Quliyevə məsləhət görərdik ki, ona-buna böhtan, şər atmaqdansa öz səhvlərini düzəltsin. Gəncdir, yəqin AFFA da bu gəncin yenidən futbol dünyasına qayıtmasına mane olmayacaq.
Surxay ƏLİBƏYLİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı