Rəşad Sadıqov və Namiq Yusifov Türkiyə mətbuatının diqqət mərkəzində

Rəşad Sadıqov və Namiq Yusifov Türkiyə mətbuatının diqqət mərkəzində
XƏBƏR 5 Avqust 2013 / 16:25 4625
-  A +

"Qarabağ"ın futbolçuları Rəşad Sadıqov və Namiq Yusifovun Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Gefle" ilə baş tutan matç zamanı oruclarını açması Türkiyə mətbuatının da diqqətindən kənarda qalmayıb.

Qol.Az-ın məlumatına görə, Türkiyənin məşhur "Təqvim" qəzeti və digər nəşrlər futbolçularımızın oyunun gedişi zamanı oruclarını açması haqda belə yazıblar:

"Qarabağ"ın oyunçularından Rəşad Sadıqov və Namiq Yusifov oyun zamanı oruclarını açmaq üçün meydançanın kənarına gəliblər. Hər iki futbolçu sularını içdikdən sonra oyuna davam ediblər. "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanarkən, azarkeşlər hər iki futbolçunu alqışlayıblar". 


Son xəbərlər