"Çelsi"dən "Mançester Yunayted"ə 33 milyon avro

"Çelsi"dən "Mançester Yunayted"ə 33 milyon avro
XƏBƏR 5 Avqust 2013 / 16:01 3225
-  A +

"Çelsi" klubu "Mançester Yunayted"in hücumçusu Ueyn Runini transfer etməkdə israrlıdır.

Qol.Az-ın məlumatına görə, London təmsilçisi bu dəfə məbləği artıraraq Runi üçün qarşı tərəfə 33 milyon avro təklif edib.

İngilis futbolçunu komandasında görmək istəyən "Çelsi"nin sahibi Roman Abramoviç bu transferdən vaz keçməyəcəklərini bildirib. Rusiyalı iş adamı lazım gələrsə, Runinin transferi üçün daha yüksək məbləğ xərcləyəcəklərini deyib.

Qeyd edək ki, "Çelsi" daha öncə "Mançester Yunayted"ə 25 milyon avro təklif etsə də, qarşı tərəf bunu rədd etmişdi.


Son xəbərlər