Mourinyo: “Real” mənə təşəkkür etməlidir!”

Mourinyo: “Real” mənə təşəkkür etməlidir!”
XƏBƏR 5 Avqust 2013 / 15:43 2452
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo ABŞ-da keçirilən beynəlxalq çempionlar kubokunun finalında keçmiş klubu "Real"la (Madrid) oyuna çıxacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, matç barədə fikirlərini bildirən portuqaliyalı mütəxəssis bu turnirdə iştirak etdiyi üçün Madrid klubunun ona təşəkkür etməli olduğunu deyib: "Real" bu turnirdə mənim mövsüm öncəsi planlarım sayəsində oynayır. Mənə təşəkkür etməlidirlər! Yeni mövsümdən onlarla birlikdə olmayacağımı bilə-bilə, professional biri olduğum üçün bunu onlar üçün etmişdim" - deyə Mourinyo bildirib.


Son xəbərlər