"Bavariya"nı durduracaq yeganə komanda "Borussiya"dır"

"Bavariya"nı durduracaq yeganə komanda "Borussiya"dır"
XƏBƏR 5 Avqust 2013 / 14:09 2402
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, alman çalışdırıcı "Bild am Sonntag"a müsahibəsində Bundesliqada "Bavariya"nı durduracaq tək klubun "Borussiya" (Dortmund) olduğunu deyib:

"Bavariya"ya meydan oxumaq üçün yetərli gücə sahib olan yeganə klub Dortmund "Borussiya"dır. Münhen təmsilçisinin yeni çalışdırıcısı Pep Qvardiola barədə də danışan Löv bildirib:

"Qvardiola açıq fikirli və oyun fəlsəfəsi olan biridir. "Bavariya"da ona qarşı təzyiqin çox olduğunu düşünmürəm. Burada uğur qazana bilər".


Son xəbərlər